Aglayiram Men

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 6 925
Səs ver:
(səs: 0)
http://imgs.su/tmp/2012-01-24/1327385404-435.jpg
İnsanğolu çox qəribədir. ..Sevinir ağlayır, kədərlənir ağlayır, həsrət çəkir ağlayır, qovuşur yenə də ağlayır. Sözlər kifayətsiz olduğundan, gözyaşları ifadə edilməsi çətin olanı anlatmağa çalışır Əslində ağlaya bilmək özü böyük bir nemətdir. ..Və ağlamaq daş ürəkli olmadığımızı göstərir. Eyni zamanda insan olduğumuzu, hiss etdiyimizi, DUYĞUSUZ olmadığımızı...
Amma bəzən dəryasından aşağı süzülə bilməz gözyaşları. ..Onlar boşu-boşuna axmaz..Çünkü çox daha əvacib bir vəzifələri vardır. Qəlbdə bir yanğını söndürmək istəyərlər. Göz qapaqlarınızın alov-alov yandığı, boğazınıza bir şeylərin düyümləndiyi, burnunuzun ucunun göynədiyi anlar oldumu heç? Diqqət yetirdiniz mi o zaman gözyaşlarınızın istiqaməti necədir? Ən çətin olanı bəlkə də budur ...

Ağlamaq zəiflikdirmi? Niyə ağlamağımız lazım olan anlarda; yumruqlarımızı, dırnaqlarımız ovuclarımızı örtənə qədər sıxar, boğazımızdakı düyünləri udqunaraq aradan qaldırmağa çalışarıq? Niyə gizlədərik kövrəlmiş gözlərimizi,islanmış kirpiklərimizi başqalarından?

Rahat tamaşa edin,mən ağlayıram! Utanmıram heç kimdən. ..O qədər içimə axıtdım ki gözyaşlarımı! . ..O qədər yaşadım kədərimi içimdə,yandırdım qəlbən özümü....Tab gətirmədi qəlbim belə buna Ağlayıramdostlarımın vəfasızlığına görə
Ağlayıram
Yaradana vəfasızlığıma görən
Ağlayıramdarıxıb da qovuşa bilmədiklərim üçün
Ağlayıram içimi ağrıdan, ürəyimdə qanad çalmağa can atan arzularım üçün
Ağlayıramistəmədən də olsa ürəyini qırdıqlarım üçün
Ağlayıram unudulmaması lazım olanları unutduğum üçün
AğlayıramRəbbimə xeyirli qul ola bilmədiyim üçün
Ağlayıramyaxınlaşdıqca uzaqlaşdıqlarıma
Ağlayıram sevgi dolu sandığım çirkinləşənlərə
Ağlayıramqiymətini bilmədiklərimə
Ağlayıram
dəyər verdiklərimin biganəliyinə
Ağlayıramsevsəm də,günahsız olduğum halda məndən üz döndərənlərə
Ağlayıramhədər olan illərimə
Ağlayırambir ömür ağlaya bilmədiklərimə

GÖZYAŞLARIM BU GECƏ BİTƏRMİ?
RUHUMDAKI ÇİRKLƏRİ YUMAĞA YETƏRMİ?
ÜRƏYİMƏ GÜNƏŞ DOĞARMI GÖRƏSƏN BU SƏHƏR?
YOXSA,ELƏ BELƏ GƏLİB BELƏ DƏ GEDƏR?
EŞİDƏRSƏNMİ GÖZYAŞLARIMIN SƏSİNİ YA RƏB?

BU YAŞLAR GÜNAHLARIMIN BABALINI ÖDƏYƏRMİ?



(səs: 0)
Şərhlər: 0
Baxılıb: 6 925
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri