7 Muqeddes Heqiqet

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 939
Səs ver:
(səs: 1)

Yeddi Müq601;dd601;s H601;qiq601;t…



-Neçə ildir ki,mənim yanımdasan?

-20 ildir

-Bu müddət ərzində məndən nəyi öyrənə bildin?

-Heç bir şeyə dəyişməyəcəyim Yeddi həqiqət öyrəndim.

-Uzun zaman ərzində ancaq yeddi həqiqət öyrəndin?

-Bəli

-Yaxşı,elə isə söylə öyrəndiklərini..

-Gördüm ki,hər kəs özünə bir şeyi dost edir və,ona könül verib bağlanır.Ancaq bunlardan hər biri insanı yarı yolda tərk edir.Mən isə heç vaxt tərk etməyən,ölümdən sonra belə mənimlə gələcək şeyləri axtardım.Və dost olaraq özümə yaxşılıqları seçdim.Ki onlar sonsuz bir yüksəlmə yolçuluğuna çıxmış insanoğlunun heç tükənməyəcək tədarükü və əsl dostlarıdır

-Çox gözəl, bəs ikincisi hansıdır ?

İnsanların bir çoxu keçici dünya dəyərlərinə dörd əllə sarılıb onları qorumağa çalışırlar.Eyni zamanda qoruduqlarını kassalarda saxlayaraq,onları itirməmək üçün yollar axtarmaqla məşğuldurlar.Bəziləri zənginliyinə,bəziləri də gözəlliyinə möhkəm bir şəkildə tutunub, onları əldən çıxarmamaq üçün çırpınıb durur.Ancaq mən varlığımı və bütün istəklərimi Ona(Allaha) satıb,qəlbimi yalnız Onun sevgisinə açdım.

-Davam et!

-İnsaların üstün olmaq üçün bir biriləriylə yarışdıqlarına nəzər yetirdim.Amma bir çoxları üstünlüyü səhv yerlərdə axtarır və bir birinin üstünə gələrək yüksəlməyə çalışırlar.Bunları görüb üstünlüyü müvəqqəti dünya dəyərlərində deyil,ağıl və əxlaqca yüksəlməkdə,pisliklərin hər çeşidindən əl çəkib,yaxşılıqlara vasitə olmaqda axtardım

-Davam et ..

-Yenə gördüm ki, insanlar sabahdan axşama kimi bir birləriylə uğraşaraq,əbəs yerə həyatı özlərinə zəhər edirlər.Bütün bunların eqoya bağlılıqdan irəli gəldiyini anladım.Və qəlbimi bu kirlərdən təmizləyərək,hər kəslə dost olub,rahat və güvən içində yaşamağın yolunu tapdım.

-Sonra?

-Nədənsə hər kəs xətasının səbəbini kənarda axtarır və basqalarını günahlandırmaq yolunu tutur.Beləcə günahlarının örtüyü altında gizlənməyi bacarır.Ancaq insanın başına nə gəlirsə yalnız öz əliylə gəlir.Bunu bilib, yalnız özümlə cəngə girib ,nəfsimin iradəsinə uymamağa və vəsvəsə verənin tələsinə düşməməyə çalışdım

-Düzdür..

-Gördüm ki,insalar bir parça çörək və dünya yaşamı üçün halal haram demədən,hər cür haqqı çeynəməkdən belə çəkinmirlər.Həm başqalarının haqqını alıb,onları yoxsul buraxmaqla,həm də bu haqsızlığın əzabını ağır bir yük kimi vicdanlarında daşımaqla iki dəfə pislik etmiş olurlar.Amma doğru bir şəkildə yaşanıldığında və dünya nemətləri haqqca bölüşdürüldüyündə bu nemətlər insanlara nəinki yetər,hətta artar da.

-Sonuncu?

-Yeddinci olaraq bunu sezdim ki,insanlar bir şeyə inanmağa və güvənməy ehtiyac duymaqdadırlar.Kimi zənginliyinə,kimi də gözəlliyinə..Bunların hamsı da bir müddət sonra yıxılacaq dəstəklərdir.Mən isə yalnız Ona(Allaha) sığınıb,ancaq Ondan yardım istədim.Və bunun qarşılığı Sonsuz bir Güvən oldu..

- Səni təbrik edirəm,oğlum.Mən də illər uzunu dini kitabları araşdırdım.Hər birinin bu yeddi həqiqət ətrafında cəmləşdiyi qənaətinə gəldim….


 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri