Qızla oğlan sadəcə dost ola bilərmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 891
Səs ver:
(səs: 2)
Viskonsin universitetinin tədqiqatçıları müəyyən ediblər ki, kişi və qadın arasındakı istənilən dostluqda güclü cinsin nümayəndəsi öz seksual hisslərini idarə etməkdə çətinlik çəkir. Qadınlarsa əksinə, dostluğa normal baxırlar. Qadınların dostlarına qarşı seksual hissləri yalnız öz ərləri və ya sevgililəri ilə problem yarandıqda üzə çıxır.
Tədqiqat zamanı dostluq münasibətində olan 88 cüt kişi və qadından bir-birinin cəlbediciliyini qiymətləndirmək xahiş edilib. Qadınlar.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostlar arasındakı sorğu gizlin aparılıb. Həm evli, həm də subay kişilər rəfiqələrini seksual və cəlbedici hesab ediblər. Kişilər onlarla sevişmək istədiklərini də bildiriblər. Bundan əlavə kişilər elə hesab ediblər ki, qadın dostlarının da onlara qarşı seksual hissləri var. Amma bu həqiqətə uyğun olmayıb. Qadınlar bu barədə ümumiyyətlə, düşünmədiklərini deyiblər.
Mütəxəssislər bildiriblər ki, kişilər hisslərini büruzə verməsə də, seksual istəkləri şüur altında öz işini görür.
Evli olmayan qadınlar isə dostlarına qarşı seksual hisslər keçirdiyini bildiriblər. Evli və ya sevgilisi olanlar isə bunu heç ağıllarından keçirmədiklərini bildiriblər.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 4 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri