Oxumadan keçməyin maraqlı və gülməli!

Müəllif: Ayşə_gül
Şərhlər: 7
Baxılıb: 2 821
Səs ver:
(səs: 2)
Bu camaatda ağıl yoxdu ey. Öyə it-pişiyi soxub, od qiymətinə onnara yiməy-işmək alırlar, həftədə bir dəfə çimizdirillər, gejə miyoldamadan, hürüşmədən rahat yatammerlar. İndi guya bu elitdikdimi?
- Məsmə nənə, bu nə qa-qudur? İndi də qaz səsi çıxarırsan?
- Ayə, mən döyləm, qazın özüdü.
- Qazı haradan tapmısan?
- İnternatda bir badruqam var. Ona gəlini irəyonnan iki qaz göndərif, o da birini mana verdi. Xalx gəlninnən yarıyıf dana. Məni kimi ha döyül.
- Camaata "sağ ol” deməkdən, hələ bir danışırsan ey.
- Özünə "sağ ol” demişəm onun.
- İndi bu qazı neyləyəssən? Kəsəssən?
- Yox ayə, niyə kəsirəm? Kəsdirim, gəlin basıf yisin?
- Təkcə gəlin yeyəcək məgər?
- Mənim dişim tutan-zad döyül. Eləjə öydə saxlıyajam.
- Evdə qaz saxlayarlar?
- Ayə, öydə it saxlamax olur, pişik saxlamax olur, qaz olmur?
- Əslində heç it-pişik saxlamaq da düzgün deyil, amma saxlayırlar da. Məsmə nənə, qazın səsi var, özü də çox pinti quşdur, evi batıracaq.
- Gəlinə çoxlu pampers tikdirəjəm. Əvvəlki uşaxların belinə salafan rezin vururdular, içinə dəsmal qoyurdular, olurdi pampers. Soram bu pampersdər çıxdı dana. Onnan düzəltdirəjəm. İndikinnən alammaram axı. Gündə 2-3 dəfə gəlinə dəyişdirif, yudurdajam. Qənaət olsun dana.
- Deməli, qaz pamperslə gəzəcək evdə. Yaxşı, bu məsələ düzəldi. Bəs qaqqıltısı?
- Qoy qaqqıldasın, ta yaxşı. Camaatın iti öydə hürmür, pişiyi miyoldamır? Qoy mənimki də öydə qaqqıldasın. Özü də qazın bir xasiyyəti var, ay Ürfan, bilersənmi? Yad adam görəndə dimdik atıb fısıldıyır. Gəlinin qohumları gələndə buraxajam qapının ağzına. Hi-hi-hi. İtdən qorxan kimi, qorxuf gəlmiyəjəklər ta.
- Xətrinə dəyməsin, ay Məsmə nənə, çox nankor adamsan sən. O yazıq gəlin bütün günü sənin başına fırlanır, yenə narazısan.
- Di nağayrım, gözümün qabağında budu dana, bə kimə söz qoşum. Biz arvaddarın qeybət mərəzi var axı. Əmbə onu da deyim ki, bəzi kişilər bizi bu barədə ötüf keçif.
- Hə, onu düz deyirsən. Yaxşı, bəs bu qazı saxlamaqda məqsədin nədi?
- Heş zad. Elə belə mırta saxlıyajam. Axşamlar havıya çıxanda boğazına ip bağlıyf onu da gəzdirəjəm. Camaat it-pişiyini, parkda bulvarda gəzdirir, mənim qazım onnardan əksikdimi? Qoy görsünlər ki, mənim də öyümdə heyvan var.
- Heyvan yox, quş. Özü də yekə quş. Adın olacaq quşbaz Məsmə nənə. Ya da qazbaz Məsmə nənə.
- Ay Ürfan, zarafatsız deyirəm, bu camaatda ağıl yoxdu ey. Öyə it-pişiyi soxub, od qiymətinə onnara yiməy-işmək alırlar, gündə 5 dəfə qarşok təmizdiyillər, həftədə bir dəfə çimizdirillər, gündə ərinməz-ərinməz aparıf gəzdirirlər, gejə miyoldamadan, hürüşmədən rahat yatammerlər. Əmbə nə məjburdular saxlamağa? İndi guya bu elitdikdimi? Onnansa hərə öz öyündə iki töyux saxlasın, gündə isveji yumurta yisin. Rasxodu az, xeyri çox, elə döyülmü?
- Evlərdə toyuqlar yaşasa onda iy-qoxudan bloklara girmək olmaz ki, ay Məsmə nənə.
- Ayə, it-pişik iyinnən pisdimi? Mən bu qazı öyə öyrəşdirim, soram keçəjəm töyuğa.
A gəlin, qapı döyülür gör kimdi? Qonşudu? Nə deyir? Qazın səsinnən baş-beyni gedif? Ağız, denən sənin itinin səsinnən bəs biz gejəni nətəər yatırıx, zəhmət çək, sən də döz.
Ay Ürfan, sən internatda məni gözdə, qonşuya cavaf verif gəlirəm indi. A qonşu, 5-6 günnükdü bu qaz öydə. Əsgər gələn olajax, o gələndə kəsəjik. 5-6 gün döz qaadan alım, hə yaxşı, sən də sağ ol..
- Ay Məsmə nənə, burdan eşidirəm ha səsini, deyəsən qonşunnan qorxub dala çəkildin?
- Ayə, ay Ürfan, qoltuğuna qarpız verif yola saldım dana. Qaz üstündə duruf qonşuynan dalaşası ha döyləm. Elə bilsin 5-6 günə kəsəjəm.
- Bəs 5-6 gün sonra nə deyəssən?
- Onda da deyəjəm, əsgərin vaxtını səf deyiflərmiş, iki aya gələjək. İki ay soram da deyəjəm ki, qrip oluf, hələ gələmmir. Ayə, o qədər mahna var ki, eləməyə. Ona qədər də qonşu qazın səsinə öyrəşəjək, mən onun itinin səsinə öyrəşən kimi.
- Dəhşətsən, ay Məsmə nənə, vallah, adam hərdən hürkür sənin fırıldaqlarından. Di, mən qaçdım...
- Dayan, ay Ürfan... A gəlin, deyən bu Ürfan da internatda qazdan qorxuf qaşdı. Ağız, di dur onun pampersdərini tik dana, öydə iydən durmax olmur uje. Bəə qanmersanmı, bu qazdı axı, iki dəyqə boş duran döyül. Azz, di qalx, tərpən dana.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 821
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri