Yeni körpələr artıq "ana" kəlməsi ilə dil açmırlar!

Müəllif: Ayşə_gül
Şərhlər: 6
Baxılıb: 2 122
Səs ver:
(səs: 1)
İngiltərədə yeni dil açan körpələrin 10%-i ilk olaraq "ana" sözü deyil, "planşet" sözü işlədirlər.
Qadınlar.Biz Rusiya mətbuatına istinadən xəbər verir ki, bu məlumat iyul ayı ərzində İngiltərədə keçirilmiş sorğu əsasında ortaya çıxıb. Britaniyalılara sual edilib ki, planşet ailədə nə dərəcədə mühüm rol oynayır.

Maraqlısı budur ki, insanların çoxu heç düşünmədən bu qacetin lazımlı olduğunu deyiblər. Ailələrin 12%-i isə planşeti oyuncaq kimi 2 yaşına çatmamış körpələrə verdiklərini bildiriblər. Uşaqların elektron oyuncağa marağı o qədər böyükdür ki, analarının əvəzinə planşet seçiblər.

Böyüklər etiraf edirlər ki, planşetlər əksər hallarda körpələrin ucbatından xarab olur. Respondentlərin 81%-i qeyd edib ki, uşaqlar planşeti xarab edirlər. Yeni planşet almaq valideyinlər üçün daha rahatdır, nəinki uşağa planşet qadağası qoymaq.

İngiltərədə 12 yaşlı uşaqların smartfon, notbuk, planşet kimi qacetləri var.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 122
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri