Həyatınızı dəyişəcək 5 sadə vərdiş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2350
Səs ver:
(səs: 3)
Zəngli saatla durmaq, soyuq su ilə yuyunmaq və bioritmlərə riayət etməkdən başqa səhərimizi günün ən yaxşı vaxtına çevirmək üçün daha nə etmək lazımdır?

Biz sizə səhərlər yaxşı vərdişə çevrilə bilən bir neçə maraqlı məqam təqdim edirik ki, bu faydalı vərdişlər bütün gün ərzində yaxşı əhval-ruhiyyənin girovu olacaq və yaxşı, sağlam və xoşbəxt görünməyə kömək edəcəklər.

Acqarınına bir stəkan su. Mütəxəssislər səhər oyandıqdan sonra bir stəkan su içməyi məsləhət görürlər, çünki bir gecə ərzində dəridən xeyli miqdarda maye buxarlanır. Əgər suya bir dilim limon əlavə etsəniz daha xeyirlidir, çünki limon şirəsi bədəndən zəhərlərin çıxarılmasında qaraciyəri stimullaşdırır.
   
Səhər yeməyi mütləq yeyin! Məhz səhər yeməyi bizi bütün gün ərzində enerji ilə yükləyir, buna görə ona çox ciddi yanaşmaq lazımdır. Diyetoloqlar günü yulaf yarmasından başlamağı məsləhət görürlər. O stressə qarşı effektə malik olduğu üçün, onu xüsusilə səbəbsiz boş yerə əsəbiləşən, sıxıntıya düşən və uzun müddət yata bilməyənlərə məsləhət görürlər. Yulaf yarmasında xeyli miqdarda B qrupunun vitamini olduğu üçün o sakitləşdirici effektə malikdir, çünki bizim əsəb sistemimizin sağlamlığı, təmiz dəri və sıx saçlar üçün məhz bu vitaminlər cavab verirlər. Səhər yeməyinə siz həm də yaşıl çay, alma və ananasdan istifadə edə bilərsiniz, onlar qəhvədən də yaxşı gümrahlıq verir.
   
Yuyunma üçün sərin sudan istifadə edin. Sərin su üz dərisini təravətləndirəcək və qan dövranını yaxşılaşdıracaq.
   
Bioritmlər – bizim hər şeyimizdir! Bizim orqanizmimiz öz şəxsi daxili saatına görə yaşayır və günün müxtəlif vaxtı bu və ya digər prosedurları fərqli qəbul edə bilər. Məsələn, səhər tezdən hətta siz yatarkən dəri artıq öz işinə başlayır: o daxili sekresiyanın vəzilərini aktivləşdirir və ətraf mühitin neqativ amillərindən müdafiə üçün fəal şəkildə hormonları istehsal edir (Səhər saat 8:00 bizim qan dövranımızın fəallığının pik vaxtıdır)
   
Zəngli saatın səsi ilə yuxudan oyanın! Əgər siz 5 dəqiqə artıq yatmaq üçün hər dəfə zəngli saatın vaxtını dəyişirsinizsə, bu zaman unutmayın ki, bu dəqiqələrdə sizin yuxunuz həyəcanlı, keyfiyyətsiz və effektsiz olacaq. Başqa sözlə, bu dəqiqələrdə siz dincəlmirsiniz və sadəcə tənbəllik edirsiniz. Nəticədə yatıb qalırsınız və gününüzü təcavüzdən başlayırsınız. Zəngli saatın birinci zəngi ilə durmaq çox yaxşı vərdişdir ki, onu inkişaf etdirmək lazımdır. Çalışın saatı həmişə eyni vaxta quraşdırıb hər gün eyni vaxtda yuxudan oyanasınız.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 2350
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 9443
Xəbər sayı: 2
lili)
men cox isdi suyla dus qebul edirem bu verdisi tergide bilmirem
19 yanvar 2015 09:22
8
Şərh sayı: 8819
Xəbər sayı: 0
ece uslu
zengli saatla dururam amma saati hemişə 10-15 dəq qabaq qururam ki yuxudan ayilim ozumə gəlim durum səhər yeməyi mənlik deyil indiyədek heç vaxt sehər yeməyi yeməmişəm hərdən 1 stəkan su içirəm
18 yanvar 2015 20:41
7
Şərh sayı: 5146
Xəbər sayı: 12
Turkan Abbasova
Mende saat qurmaga ehtiyac yoxdu. Oglum her gun eyni vaxtda oyadir
18 yanvar 2015 16:44
6
Basimin belasi,ureyimin parasi 'canim UGURUM'.
Şərh sayı: 7421
Xəbər sayı: 23
rəmsə
Zəngli saatdan istifadə etməsəm səhər ayıla bilmərəm,çünki gec yatıram.
18 yanvar 2015 15:10
5
Dəyəri azalmayan,əksinə hər gün artan tək şey övladdırquc
Şərh sayı: 10331
Xəbər sayı: 340
Qlamurr
Zəngli saatdan sadəcə ramazan ayında istifadə edirəm,səhərlər su içmək mənlik deyil,çünki mədəm bulanar,ancaq səhər yeməyini az da olsa yeyirəm....tşk....
18 yanvar 2015 14:38
4
Ədəbim əl verməz ədəbsizlik edənə,susmaq ən gözəl cavab ədəbi əldən gedənə.......
Şərh sayı: 16077
Xəbər sayı: 587
emis
Yuyunma üçün sərin sudan istifadə edin. Sərin su üz dərisini təravətləndirəcək və qan dövranını yaxşılaşdıracaq. emel edirem men
18 yanvar 2015 14:36
3
Şərh sayı: 81395
Xəbər sayı: 30
BARBI
Bezilerini edirem bezileriyse hec yadima dusmur
18 yanvar 2015 14:15
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Şərh sayı: 18374
Xəbər sayı: 1303
Fialka
Səhərlər ac qarına su içirəm hərdən səhər yeməyinə də riayət edirəm ancaq zəngli saatdan zəhləm gedir insanda əsəb yaradır.
18 yanvar 2015 13:36
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri