Beyni necə sakitləşdirmək olar?

Müəllif: Miss_Oxatan
Şərhlər: 4
Baxılıb: 3 016
Səs ver:
(səs: 1)
İlk olaraq beynimizin sakitliyindən başlayaq.

XXI əsri bütünlüklə əla olan kompüter ən çox insan beyninə ziyan vurmaqdadır. Bu gün kompüterlə işləyən, dolayısı ilə ondan istifadə edən insanlar ən çox zehni yorğunluqdan əziyyət çəkirlər. Zehni yorğunluğu, beyindəki narahatlığı artıran digər amillər isə psixoloji təsirlərdir.

Bütün dövrlərdə bütün dinlərdə ən vacib insan nailiyyəti sakit beyin olub.

Sakit beyin insanın uğur və nailiyyətlərinin açarıdır. Məhz sakit beyinə sahiblənən insan özünüidarə mexanizmini düzgün və rahat şəkildə həyata keçirə bilər. Rahat beyinə sahib olmağın bir neçə üsulunu təqdim edirik: 1.Bəzən haqlı olub olmadığını düşünmək insan beyninə neqativ enerji yükləyir. Bu düşüncədən daşının. Haqsız olduğunuzu o qədər də böyük faciə adlandırmayıb, haqlı olduğunuza qəhrəmanlıq donu geyindirməyin. Hər ikisini sadəcə beyninizdən silin.

2.Daxili rahatlıq və beyin sakitliyini pozan ən pis element özünü günahlandırmadır. Birdəfəlik bilin- keçmişiniz böyük bir qəbiristanlıq, günahlarınız isə orada yatan ölülərdir. Günahları gələcəkdə etməmək haqqında fikirləşin. Keçmişdə niyə elə etdim deyə düşünməyin. Çünki ölü dirilmir.

3.Özünüzə bəraət qazandırın. Bəli, bəli, özünüzdən ibarət bir "əfv komissiyası” tərtib edin və yeganə müttəhim hesab etdiyiniz özünüzü azadlığa çıxarın. Azadlığa çıxın ki, beyniniz sakit olsun.

4.Bağışlayın. Çox yox, yalnız bircə dəfə bunu edin və sakitləşin. Düşünün ki, başqasını bağışlamaq beyniniz üçün böyük hədiyyədir. Nə olar ki, bir dəfə də 24 saat dayanmadan işləyən beyninizə "bayram payı” verəsiz.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 3 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri