Milli kinolarımızdan sitatlar

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 5 997
Səs ver:
(səs: 5)

Axırıncı aşırım...
Hələ səbr elə görək, bu kolxoz-molxoz oyununun axırı nə olur…

Biz kolxoz olmaq istəmirik, kişi kimi yaşamışıq, kişi kimi də öləcəyik…

Hökumət adamı görəndə əlim gicişir, Kərbəlayi…

Topumuz, topxanamız olmasa da, namusumuz, qeyrətimiz var, bəy, dözərik…

Şura soveti gəldi, konvet getdi dinmədim, evimi tar-mar elədilər danışmadım, taxılımı apardılar dinmədim. əşşi, hansını deyim, indi də bu kolxoz oyununu atıblar...deyirlər inəklərini ver, öküzlərini ver, atını da ver, arabanı da, sonrada gəlib deyəcəklər, papağını da ver, namusunu da...

Kərbəlayi, and olsun ki, Qurana bizi tutsalar haa böyük tikəmizi qulağımız boyda edəcəklər...
 

Babək..
Bir gün azad yaşamaq qırx il boyunduruq altında yaşamaqdan daha üstündü...

Mənim ölümüm mənim üçün son silahdır... Bu silah dünyaya mərd gəlib mərd gedənlərin son silahıdır. Sənsə buna layiq olmadın. Yox ol, yol ol ki, gözüm bir də səni görməsin..!

Azadlıq uğrunda bir nəfər şəhid olursa üç nəfər ayağa qalxır...

Bəxt üzüyü...
Qonşular...qonşular...eyyy...yoxdular ölüblər...bir mən qalmışam bir də daş hasar...salam "hasar müəllim”...gözlərin aydın olsun...Haqqın ən sadiq qulu bu gün öldürdü özünü...Boğdu özünü dəryada...Dözəmmədi...haqsızlığa,biganəliyə dözəmmədi...bu soyuqluğa dözəmmədi...Dərdini deməyə adam tapammadı...içini yeyə-yeyə yeyə-yeyə yeyə-yeyə öldürdü özünü...

İtirə-itirə gəlirik, biri qeyrətini – namusunu itirir, biri ağlını, biri də bəxtini itirir...

Son günümüz də ölüm...bu qədər çirkaba dözmək olmur axı...

Eh, belə gözəl dünyanı dəlixanaya döndərən qadınlardı dana, qadınlar...

-Neyniyiresen məni..?
-Sirkəyə qoyaceyam səni, ay durak...
-Öz halal ərini niyə qoymiyersan sirkəyə...?

Bizim Cəbiş müəllim...
-Pulun var sənün..?
-Sənin yox sizin…
-Pulun var sizün..?

İkinizi də Allah öldürsün, səni də, Hitleri də...

Əgər bir vaxt başa düşsən ki, səni nə üstdə vurdular, onda bəlkə səndən adam oldu...

Və digərləri...
Gün keçdi, amma ömür hələ keçməyib. Ömrün daha yaxşı günləri hələ qabaqdadır…Gün keçdi

- Vəsf elə məni şair...
- Vəsf zamanı deyil, afət...
- Ölümə gedirəm...
- Səni bu hüsnü camal, bu kamal ilə görüb,
Qorxdular həqq deməyə, döndülər insan dedilər...Nəsimi
Kişiylə qadını ehtirasdan başqa bir şey bağlamırsa, yəni ailə, uşaq ayrılmağınız yaxşıdır...Təhminə

- Nəbi... Arazın o tayının dərdi sənə yetmədi bu tayına da əl atırsan..?
- Arazın o tayı da... bu tayı da mənim vətənimdir...Azərbaycandır..! Atları yəhərləyin

Düşmən də olsan,haqlısan… Kişinin qoluna qandalı da gərək kişi vura…Atları yəhərləyin

Heç kimə düşmən evində yaşamağı arzu eləmirəm...hətta düşmənə də...Fəryad

Məhəbbət pul deyil.. sən də dilənçi…Böyük dayaq

İstəyirsən texnikuma girim sənin üçün, istəyirsən bazarı bağlatdırım sənin üçün…Alma almaya bənzər

- İşləri - gücləri qurtarıb, niyə baxacaqar..?
- Niyə baxacaqlar yox, nəyə baxacaqlar..? Bəxtiyar

Qoqol-moqol xoşlayırsan, amma qayda-qanunu yox…? Şərikli çörək

Sovet sənayesi nə istehsal edirsə, onu içirəm…Uşaqlığın son gecəsi

Pah atonnan, kolxozçu da deputat kimi danışır…Əhməd haradadır..?

Uşaqsan, böyüksən, özün bilərsən…Arxadan vurulan zərbə

Hirslənmə, bəy, doğru söz acı olar...Yeddi oğul istərəm
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 5 997
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri