Qaranlıqda doğulan "mən”

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 2 050
Səs ver:
(səs: 3)
Mən çox maraqlı insanam. Bəlkədə maraqsızam. Hər yazdığım sətir, hər yazmadığım sətir, hər fikirləşdiyim misra məni fərqləndirir. Mən əsasən heç bir yazımda özümdən yazmıram…Yox yalan danışmaq istəmirəm, hər yazımda özümdən az-mazda olsa frazalar var. Amma bu yazı o yazılardan fərqli olacaq yada elə olmasını istəyirəm…
Mən çox şeyi başa düşürəm. Allaha şükür ki, qıraqdan baxanlar hər zaman deyir ki, bu qədər məlumatı nə edirsən, hər lazımsız məlumatı save edirsən beynivin bir hissəsinə . Kim üçün lazlmlı kim üçünsə lazımsız. Amma nə vaxtsa lazım olacaq, bunu bilirəm.
Bir az gəzib evə gəldim və yatmaq istəyəndə bu gecənin fərqli olacağını fikirləşdim, çünki ürəyim fərqli işləyirdi…

Qaranlıqda doğulan "mən”
İşıqlı otaqda qaranlıq bir küncdə gizlənən kölgə sahibinə yaxınlaşmaqdan qorxurdu. Otağa düşən günəşin şüaları onları ayırmışdı.
Uzaqdan bir-birinə baxan, amma yaxınlaşmaq istəyərək uzaqlaşmalarından qorxan iki kəs... Sadəcə gözləri ilə bir- birlərini izləyirdilər...
Onlar ilk dəfə məhz belə bir işıqlı yerdə tanış olmuşdular, amma o vaxt nədənsə sahibi onu heç görməmişdi. Sahibinin gözləri qızın baxışlarında, barmaqları klavişlərə toxunan bəstəkar tək onun əllərində süzürdü.
Sükut idi. Danişmırdılar ... Sadəcə gözlər və əllər... Hərəsi birinin qəlbində səyahətdə idi. Naməlum bir məkanda günəşin çıxmasını seyr edən sayhətçi tək mən qonşu stolun arxasından bu gözəllikdən həzz alırdım. Təkliyimi belə unutmuşdum...
Sahibmə yaxınlaşıb onun xoşbəxtlyinə sevindiyimi demək istəyirdim, amma çəkinirdim. Beləcə ondan uzaqda onun sevincini seyr edirdim...
Hərdən gecələr ondan ayrılıb küçədə işıq saçan yol fənərlərinin altında əyləşib təkliyimi özümə unutdurmaq üçün yoldan keçən sərxoş insanları qorxudurdum. Səhər isə qayıdıb yuxusuz halda onun arxasınca gəzirdim.
Həmişə də eyni yerlər: ofis, kitabxananın yanındakı dayanacaq və parkda fəfvvarə önündəki oturacaq... Amma bu gün nədənsə ofisdən tez çıxdıq, dayandığımız yer daynacaq yox, xəstəxana oldu...
Divara söykənərək həmin əllərə və həmin gözlərə baxırdım. Gözlərdən yaşlar damlalarla o əllərə süzülürdü.
Artıq o gözəl günəş qürub edirdi... Yenə də sakitlik idi, amma bir nəfərin sakitliyi... Qarşısında ancaq viranəliyi görən səyyah tək artıq öz gözümü günahlandırırdım. Bu an ilk dəfə sahbim arxaya çevrilərək kömək istəyən gözləri ilə mənə baxdı...
İndi baxışlar gecənin qaranlığını gözləyirdi, yenidən qovuşmaq üçün... Artıq tək o vardı, bir də onun xatirələri mənsə onların tək şahidi idim...

Səhər 07-00 saatın səsinə ayıldım… Yenə səhər,yenə işə getməliyik? Yenə həyat adlı adiləşmiş prosedur? Durub bir siqaret yandırdım, fikirləşdim bir nəticəyə gələ bilmədim, güldüm özümə…Lənət şeytana deyib əynimi dəyişdim davam edir həyat…
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 2 050
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri