Qandidən 5 həyat dərsi

Müəllif: ismayilova ulker
Şərhlər: 8
Baxılıb: 808
Paylaş:
Səs ver:
(səs: 4)
"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)

 Mohandas Qandi – böyük siyasi və idealoji liderlərdən biri olmuşdur. 1915-ci ildə tanınmış hind yazıçısı Robendranat Taqor ilk dəfə Mohandas Qandiyə  "Mahatma” titulu vermişdir. "Mahatma” – "Böyük Qəlb”,  "Böyük Qəlbli” mənasını verir. Amma Qandi özü bu titulu heç vaxt qəbul etmirdi. O, deyirmiş: — "Mən bu titula layiq deyiləm.”

 Əslində isə, Mohandas Qandi hind xalqının müstəqilliyi və azadlığı yolunda çox şeylər etmiş xadim idi. O hind xalqının azadlığı yolunda apardığı mübarizədə bir çox "güc tədbiq etməmək” metodlarından istifadə etmişdir. Bu metodlar; müstəmləkəçilərin müəssisələrini və onların məhsullarını baykot etmək, işə çıxmamaq,  oturaq tətillər etmək və s...

Bundan başqa Qandi kasta (sinif) bərabərsizliyinə qarşı da sərt mübarizə aparmışdır. O, bacardıqca aşağı siniflərin həyat tərzinin yaxşılaşmasına çalışmışdır. M. Qandinin cəmiyyətdə yüksək yer tutmasına baxmayaraq, o, çox sadə bir həyat tərzi keçirmiş, daim rahib paltarı geymiş və vegetarian olmuşdur.

Qandi heç bir qəddarlıq  və zor tətbiq etmədən həm özünü dəyişmiş, həm də ətrafındakı bütün aləmi. İndi bu dahi insanın  adamlara tövsiyə etdiyi müdriklik dərslərindən bir neçə sitat gətirmək yerinə düşərdi. Bu sitatlardan sonra bəlkə özümüzdə bir dəyişiklik hiss etdik və ətrafımıza təsir edə bildik. Hər şeydən əvvəl özümüzdən başlamalıyıq. M. Qandidən sitatlar:

Dəyişin... Bütün aləmdə hansı dəyişiklikləri görmək istəyirsinizsə, həmin dəyişiklikləri özünüzdə edin. Təkrar edirəm, ilk növbədə özünüzdən başlayın. əgər dəyişmək istəyiriksə, buna özümüz nümunə olmalıyıq. Əgər siz özünüzdə hər hansı bir dəyişikliyə nail ola bilsəniz, bir çoxları da sizə baxıb dəyişəcək. Hər bir kəs hər hansı bir uğursuzluqda höküməti, cəmiyyəti və s. günahlandıra bilər amma tək-tük adam tapılar ki, bütün günahları özündə görsün və özü dəyişməyə başlasın...
     
Düzgün suallar verin. Sual o zaman daha güclü olur ki, insanların tərəqqisinə xidmət etsin. Düzgün sualları həmişə düz adamlara verin. Həyatın dəyəri verilən sualların dəyərliliyindən birbaşa asılıdır. Siz dəyərli sual verməsəniz, dəyərli cavab ala bilməyəcəksiniz.
     
Həmişə hərəkətdə olun (fəaliyyət göstərin)... Belə bir fəlsəfi variantı əsas götürmək lazımdır; " Bugün edəcəyin  işi sabaha qoyma”. Sabah ola bilər ki, olmasın, keçmiş isə arxada qalıb. Biz indiki zamanda yaşayırıq, ona görə də "burada və bu saat” prinsipi ilə çalışmalı və fəaliyyət göstərməliyik. "Bizim gələcəyimiz indi görəcəyimiz işlərdən asılıdır.”
     
Bağışlamağı bacarın. Zəiflər bağışlaya bilmir. Bağışlamaq güclülərə xasdır. Tez bağışlaya bilmək, zəifliyə dəlalət  eləmir. Əksinə, bu ruhən güclu olmağı göstərir.
     
Məsləkinizə diqqət edin. Sizin məsləkiniz, sizin fikirləriniz olacaq. Sizin fikirləriniz sizin sözləriniz olacaq. Sizin sözləriniz sizin əməlləriniz olacaq, əməlləriniz sizin vərdişləriniz olacaq. Sizin vərdişləriniz sizin qiymətiniz olacaq. Sizin qiymətiniz isə sizin taleyiniz olacaq. Öz gələcəyinizi necə görmək istəyirsinizsə, bu yolda inamla addımlamalısınız və uğur qazanmağa çalışmalısınız. Əgər uğur qazanacağınıza inamınız böyükdürsə, demək, mütləq uğur sizinlədir. Birinci dəfədən alınmasa da növbəti dəfələr alınacağına daha inamlı olmalısınız.

loading...
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 808
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
emis
Maraqli oxudum
17 fevral 2015 12:46
8
Offline
Şəbnəm Vüsal
sebrim catmadı e tam oxumaga 09 .yenə də tşk....
16 fevral 2015 22:12
7
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
tek umidim sen
"Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır." (Mahatma Qandi)
16 fevral 2015 18:50
6
Ne mutlu TÜRK'üm diyene!...
Offline
ILAHE_
Xeber ucun tewekkurler.
16 fevral 2015 15:58
5
Offline
Ayselina
Çox gözəl fəlsəfi fikirləri var hər biri gözəl məna kəsb edir.."Bizim gələcəyimiz indi gördüyümüz işlərdən asılıdır" çox gözəl söyləyib..bu gun çalısmasaq əmək sərf etməsək heç nə əldə edə bilmərik...gələcəyimizdə parlaq olmaz.maraqlı xəbərdir. .tşk
16 fevral 2015 15:48
4
Təkcə Allah inandığım zaman yaşadığımı anladım!
Offline
BARBI
Cox gozel meslehetler verib de gorsen ozu de bunlara emel edibmi
16 fevral 2015 14:04
3
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
my_angel
Öz gələcəyinizi necə görmək istəyirsinizsə, bu yolda inamla addımlamalısınız və uğur qazanmağa çalışmalısınız. gər uğur qazanacağınıza inamınız böyükdürsə, demək, mütləq uğur sizinlədir. Birinci dəfədən alınmasa da növbəti dəfələr alınacağına daha inamlı olmalısınız.
Menim en boyuk arzum Hekim olmaqdir ve men inaniram ki, Hekim olacagam.Tesekkurler
16 fevral 2015 13:51
2
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Fialka
Qandi haqqında məlumatım var idi ancaq bu qədər yox, çox gözəl statlardı hər biri həqiqətə uyğun tşk canım
16 fevral 2015 12:55
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv