Yapon alimi Masaru Emoto zəmzəm suyunun xüsusiyyətlərini açıqlayıb.
Zəmzəm suyunun azan oxunduğu zaman şəffaflaşdığını ifadə edən yapon
alimi Masaru Emoto, zəmzəm suyunun fərqli olduğunu və bütün
elementlərdən başda gəldiyini deyir.
"Enerjisini itirən insan bir miqdar zəmzəm suyu içərsə, 35 dəqiqədən sonra rahatladığını hiss edir və dincəlir".
Zəmzəmin enerji bəxş edən xüsusiyyəti və şəfa qaynağı təsdiq olunub. Su
hər şərtlərdə dəyişmir, amma dəyişdirir. "Mən çox qəribə təcrübə
apardım. Bir damcı zəmzəm suyuna yüz damcı normal su qatdım. Nəticədə
gördüm ki, suyun hamısı zəmzəm suyuna çevrilib. Sonra bir damcı zəmzəmə
min damcı normal su qatdım. Hamısı zəmzəm suyuna çevrildi. Yəni, zəmzəm
suyu böyük gücə sahibdir. Başqasını dəyişdirir. Özü isə dəyişmir”.
Yapon alimi Masaru Emoto isə, zəmzəm kristallarını mikrpskop üzərində
təhlil edib. Suyun kristal nizamının dəyişən frekanslara görə
fərləndiyini görən həkim, zəmzəm suyunun zəng səslərinin nəticəsində
qaraldığını, Quranı Kərim və azan səsində isə paklaşdığını
aydınlaşdırıb. Alim, araşdırmada hər bir kristalın Kəbəyə bənzəyən bir
toxuma yaratdığını söyləyib. Suyun kimyəvi və fiziki xüsusiyyətlərinin
yer üzündəki bütün sulardan fərqli olduğunu deyib.
Hər il milyonlarla zəvvarın su təminatını ödəyən və heç vaxt tükənməyən,
bir çoxlarının maraq dairəsinə çevrilən Zəmzəm çeşməsi dəfələrlə
araşdırılıb. Avropa laboratoriyalarında aparılan araşdırmalara görə
Zəmzəm suyu digər sulara nisbətən daha az kükürdə malikdir, daha çox
minerallıdır, doyumludur, tərkibində mikrobları məhv edən flüor (F) var.
Aclığını təmin etmək üçün içənin aclığını, susuzluğunu təmin etmək üçün
içənin susuzluğunu aradan qaldırır. Məkkənin digər su qaynaqlarının
sularına nisbətən tərkibində kalsium (Ca) və maqnezium (Mg) daha çoxdur.
Bu da susuzluq və yorğunluğun aradan qaldırılmasına zəvvarlara olduqca
müsbət təsir göstərir.
Dünya Sağlamlıq Təşkilatının (WHO) qənaətinə görə dünyadakı ən içməli və
daha təmiz sulardan biridir. Amerikada aparılan araşdırmaların
nəticələrinə görə dünya üzrə içində mikroorqanizm və bakteriya olmayan
yeganə su məhz Zəmzəm suyudur. Tibbdə təsdiq olunub ki, Zəmzəm suyu heç
vaxt beldən aşağı hərəkət etmir, yalnız tər vasitəsilə insanın
vücudundan xaric olur.
Dərinliyi təqribən 1.5 m, eni isə 14 addım olan bu quyunun mənbəyi hələ
də bilinmir. Yaxınlığında heç bir quyu yoxdur, dəniz isə 80 km
uzaqlıqdadır. Başqa qəribəliyi də odur ki, digər quyulardan fərqli
olaraq divarlarında mamır və bu qəbildən olan başqa bitkilər bitmir.
Bəzi mütəxəssislər suyun 3 ana xətdən gəldiyini təxmin edirlər. Amma tam
olaraq qaynağın hara olması bilmirlər. 2000 m-dən yüksək olan Taif
dağına hər gün yağış yağması ilə əlaqədar olaraq qaynağın birinin bura
olması təxmin edilir.