İmtahan (Frans Kafkanın hekayəsini )

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 271
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1322808566-656.jpg


İmtahan
Mən qulluqçuyam, amma mənim üçün iş tapılmır. Çəkingənəm, özümü irəli vermirəm, heç başqaları ilə bir sıraya da soxulmuram, amma bu mənim işsizliyimin yalnız bir səbəbidir, olsun ki, ümumiyyətlə, bunun mənim işsizliyimə azacıq da olsa dəxli yoxdur, bütün hallarda əsas məsələ odur ki, məni qulluğa çağırmırlar, qulluqda durmağı məndən az istəmələrinə və ümumiyyətlə, qulluğa çağrılmağa həvəs göstərməmələrinə baxmayaraq, başqalarını çağırırlar, məndə isə bu həvəs bəzən çox güclü olur.

Budur mən taxtda uzanıb tavanın dirəyinə baxıram, yuxulayıram, oyanıram və təzədən yuxulayıram. Hərdən qarşıdakı turş pivə verilən yeməkxanaya gedirəm, hərdən nifrətimdən pivəni stəkandan yerə tökür, sonra yenə içirəm. Bağlı pəncərəsindən heç kəsin gözünə sataşmadan binamızın pəncərələrinə baxa bildiyim üçün həmin yeməkxanada oturmağı xoşlayıram. Bizim binadan çox az şey görünür, çox güman ki, bura, küçəyə ancaq dəhlizlərin-allah dərgahına aparmayan dəhlizlərin-pəncərələri açılır. Bəlkə səhv edirəm, amma bir dəfə başqa bir adam da-baxmayaraq ki, mən ondan heç nə xəbər almamışdım-bunu demişdi, deməli, binamızın bu tərəfindən görünüşü haqda üst-üstə düşən təəssüratlar gümanımı təsdiqləyir. Binamızın pəncərələri nadir hallarda açılır. Belə bir şey baş verirsə deməli, bunu pəncərədən aşağı boylanmaq istəyən qulluqçular edir. Bu dəhlizlərdə onları yaxalaya bilməzlər...

Yeri gəlmişkən deyim ki, mən həmin qulluqçuları tanımıram, onlar yuxarıda həmişə məş­ğul­dular, mənimlə bir otaqda deyil, başqa yerdə yatırlar.

Günlərin birində yeməkxanaya gələndə, oturub binamızı müşahidə etdiyim yerdə artıq bir müştəri vardı. Ona əməlli-başlı baxmağa cürət eləmədim və elə qapının ağzındanca qayıdıb getmək istədim. Amma o, məni çağırdı, demə, nə vaxtsa haradasa görüb söhbət etmədiyim qulluqçulardan biri imiş.

- Niyə qaçırsan? Əyləş, iç! Mən pulunu verəcəm - dedi.

Oturdum. O məndən nəsə baradə soruşur, mənsə cavab verə bilmirdim, heç sualları da düz-əməlli başa düşmürdüm.

- Yəqin məni dəvət etdiyin üçün peşmansan, mən gedim - deyib yerimdən qalxmağa başladım. Amma o masanın üzərindən əlini uzadıb məni oturduğum kətilə sıxdı.

- Qal, - dedi - bu ki ancaq imtahan idi. Kim ki, bu sualların cavabını bilmir, imtahanı uğurla vermiş hesab olunur...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 271
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri