1 kişiyə 6 qadının düşdüyü ölkə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 8 474
Səs ver:
(səs: 3)

http://imgs.su/tmp/1322812869-656.jpg

Azərbaycanlı bəstəkarın Monqolustan xatirələri

Monqolustan...

Heç vaxt xəbərlərdə, televiziyada, qəzetdə adını görmədiyimiz, eşitmədiyimiz bir ölkə. Asiyada çox böyük bir ərazini tutan Monqolustanın cəmi iki ölkə ilə - Çin və Rusiya ilə sərhədi var.

Wikipediyaya inansaq, Monqolustanın ən böyük problemi kişilərin sayının az olması imiş. Sovetlər dönəmində Rusiyanın təsir dairəsində olan Monqolustanda kişilərinin böyük qismi spirtli içkilərə aludə olublar. Kişilərin sayının azaldığı Monqolustanda hazırda 6 qadına 1 kişi düşür. Kişilərin sayı az olduğu üçün bu ölkədə qızlar deyil, evlənəcək kişilər üçün başlıq pulu istənilir. 45 milyon mal-qaranın olduğu Monqolustanda başlıq üçün də elə mal-qara verilir.
Monqolustan haqda bilgilərimiz, təsəvvürlərimiz az olduğuna görə məhz ora səfər etmiş bəstəkar, kulturoloq Elmir Mirzəyevlə Monqolustan haqda danışdıq...

***
...2002-ci ilin yay aylarında Monqolustanda keçirilən "Dırnaqlıların hayqırtısı" adlı müasir incəsənət festivalında iştirak etmək üçün Ulan-Batora yola düşdük. Ulan-Batora Moskvadan getdik. Təyyarədə olanda birdən nağara, balaban səsi eşitdik. Sən demə, ermənilər arxa tərəfdə oturublar. Onlar da festivala gedirdilər. Nağara, balaban çalanlar erməni "narodniklər" idi. Biri var, akademik musiqi ifaçıları, biri də var, xalq musiqini ifa edənlər. İkincilərə "narodnik"deyirlər.

***

...Ulan- Batora düşən kimi qəribə qoxu hiss etdik. O qədər də vasvası adam deyiləm. Bizimlə nümayəndə heyətindən Fəridə xanım qoxuya dözə bilmədiyini dedi. Mənə aydın oldu ki, bu monqolların milli içkisi olan kumısın iyidir. Sonra bildim ki, bütün ölkədən bu iy gəlir.

***

... Ulan-Bator hava limanı balaca bir yerdir. Bizim keçmiş daxili yollar üçün istifadə olunan hava limanına bənzəyirdi. Ulan-Batoru bizim şəhərlərdən Sumqayıtın, Mingəçevirin 90-cı illərdəki vəziyyətinə bənzətmək olar.

***

...Qaldığımız otel yeni tikilmişdi. Üç ulduzlu idi. Pis deyildi. Bütün şəhərdə cəmi 2 belə otel var. Biri Çingiz xanın adınadır. Orda ümumiyyətlə hər şey Çingiz xanın adını daşıyır. Araq, otel, prospekt, hətta bar da var idi o adda.

***

...İki gün Ulan-Batorda qaldıq. İki günə festivalın bütün iştirakçıları yığışdı. 150 nəfərdən çox adam var idi. Bizi Qobi səhrasına apardılar. Festival burada keçiriləcəkdi.

***

... Monqollar üçün çox maraqlı idi festival. Düşünməzdim ki, səhrada bu qədər adamın diqqətin cəlb eləyə bu festival. Gəlib sakitcə qulaq asırdılar. Bizdəki kimi heç biri atmaca atmırdı.

***

...Monqol səhraları yurtalardan (alaçıqlardan - red.) ibarətdir. Aralarında böyük məsafələr var. Bizi bir turist bazasına apardılar.

***

...Hər gün səhər tezdən durub yemək yeyirdik. Sonra avtobuslarla gedirdik hansısa bir yerdə konsert verməyə. Müxtəlif yerlərdə konsert verirdik

***

...Səhraya getmək spesifik bir işdir. Bizə əvvəldən yazmışdılar ki, özünüzlə kremlər, dodaq boyaları götürün. Çünki səhrada günəşin altından adamın dodaqları çatlayır. Mən bunu ciddiyə almamışdım. Ona görə özümlə heç nə götürmədim. Monqolustanda olanda bir sutkadan sonra dodağım çatladı. Bizə dedilər ki, axırı çox pis olacaq. Gedib Ulan-Batordan lazım olan şeyləri aldıq. Bizim nümayəndə heyətimizdə bir aşıq var idi. Ona "day-day" deyirdik. O da üzünə dodağına maz vurdu.

***

... Mən festivalın təşkilatçılarından olan xanıma dedim ki, gedək yaxşı restoranlardan birinə. O, bizi pizza yeməyə aparmaq istəyirdi. Mən etiraz elədim. Dedim, milli yeməklərdən dadmaq istəyirəm. Bizi bir milli restorana apardılar. Orda qoyun əti təxminən qara rəngdə olur. Gətirəndə bizimkilər yemək istəmirdilər. Dedim, bu da mədəniyyətdir, yeyin. Onlar qoyunu bizdən fərqli kəsirlər. Qoyunu arxası üstə uzadırlar. Çox iti olan xəncərlər qoyunu qarnından açırlar. Əlini qoyunun daxilinə salıb ordan ürəyini tuturlar. Damarlarını sıxır və ürəyini qopardıb çıxarırlar. Bunları belə etməkdə məqsədi odur ki, qan tökülməsin. Ürəyin çıxardıqdan sonra kəsdikləri yeri bağlayıb, qoyunu saxlayırlar. Qan onun içində laxtalanır. Ona görə onu bişirəndən sonra çox tünd olur. Dəvə əti də maraqlı idi. Sonra kumıs gətirdilər. Kumıs ayrana oxşar içkidir. İçində 3-7 faiz spirt olur. Onu bir neçə litr içdikdən sonra keflənirsən. Amma çox içəndə adamın qarnını ağrıdır. Dəvə südü də gətirdilər. Çox qəşəng, yağlı olur. Özü də şirin idi. Biz yeməkləri yedik. Qızlardan biri dedi ki, bir də bu yeməklərdən yeməyəcək.

***

...Ulan Bator əhalinin sıx məskunlaşdığı yer deyil. Mən qəzet, kitab oxuyan adam görmədim orda. Amma maraqlı bir yer var idi. Köhnə parovozları yığmışdılar ora. 30-cu illərdə istifadə olunmuş bu parovozlardan indi açıq havada muzey düzəltmişdilər.

***

...Səhrada zaman anlayışı yoxdur. Sanki Monqolustanda zaman dayanıb. Orda uşaqlar öz aralarında at yarışları keçirirlər, ox atırlar. Orda "vaxtım itdi", "görüşüm var" - belə söhbətlər yoxdur.

***

...Səhrada olarkən bir dəfə güclü dolu yağdı. Mən onda dolunun nə olduğunu bildim. Maşının üstünə necə tökülürdüsə, elə bil barabanda kimsə çalır. O qədər böyük və bərk idi ki, torpağın üstündə ərimirdi. Heyvanlara yazığım gəlirdi. Onların başına döyürdü.

***

... Monqol qadınları çox fərqlidir, maraqlıdır. Fiqurları çox ideal olur. Ayaqları uzundur. Amma döşləri çox balacadır. Sanki heç yoxdur...

(səs: 3)
Şərhlər: 0
Baxılıb: 8 474
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri