Dünyanın yalnız bir ölkəsi istisna olmaqla, qalan bütün dövlətlərdə saatın əqrəbləri soldan sağa doğru hərəkət edir.
Hələ qədim dövrdə misirlilər
günəşin çıxıb-batma hərəkətinə uyğun saat yaradıblar və əqrəblərin
istiqamətini ona uyğun düzəldiblər. Boliviyada isə saatlar sağdan sola
doğru işləyir. Dəyişiklik La Pas şəhərindəki parlament binasının saat
qülləsindən başlanılıb.
Prezident Eva Maralesin göstərişi ilə bütün əqrəblər və saniyəölçənlər
əks istiqamətdə hərəkət etdirilir. Bunu isə bəziləri Cənub
yarımkürəsində günəşin sağdan çıxıb soldan batması, digərləri isə
boliviyalıların müstəqilliyini bu cür ifadə etmələri ilə əlaqələndirir.