Bəzi sözlər var çox insanlardan qat-qat təmizdir

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 125
Səs ver:
(səs: 10)
Bağışla..Mən məcburam..!Bacarmıram onsuz..Elə sən də bacarmırsan!Heç kim bacarmaz onsuz..!Neyniyək,qanımız zəhərlənib deyəsən..Yox,qanımız da sünidi,elə damarlarımız da..!Bilirsən,dediyim komplimentlər də hamısı yalandı ! Verdiyim məslhətlərə heç özüm də əməl eləmirəm..Hamısı sünıdı,hamısı..!Bunları ancaq sənə deyirəm.Başqa heç kim eşitməsin..Yoxsa mənə pis baxarlar,gözlərindən düşərəm tanışların..Bəs camaat nə deyəcək..Hamı mənə güləcək yoldan keçəndə. "o realdı,mənasızdı..".."ay camaat,maskasıza baxın..xa-xa.."..Bax bunlardan qorxuram.Bütü bunlardan sonra mən necə yaşayım?! Nə olsun bədənlər sünidi,yada ki,sevgilər,etiraflar,işıqlar,güllər,gülüşlər..İndi olan qalan hisslərin də süniləşməsi gedir..Nə olsun?İnsanar bununla xoşbəxtdilər axı..

Kimə lazımdı reallıq,ya da fərqlilik?....İLAHİ,gör bu yalana necə də inanıram..Kimi aldadıram mən?!Mən..Mən..Mən demək istəmirəm içimdəkiləri..Onlar da real deyil..Amma sünilik də yoxdu içində,hamısı fantaziyadı..!Axı necə deyim ki,sirtiq kimi gülmək istəmirəm hər zarafata..İnanmaq istəmirəm hasısa dahinin bir cümləlik mənasız fikrinə..İstəmirəm 3 nəfər arasında səsini içində boğan 3cü olum..Nə olsun istəmirəm..Amma başa düş,məcburam..Məcburam ki,özümü gizlədim qaranlığımda..Gün işığında mən də adiləşirəm..Hər gecə Ayla söhbət eliyən adama necə baxarlar..?Bacarmıram........Dayan,elə bil kimsə gəlir.Tez maskaları tax,tez..Sakit ol,həm də bir az gülümsə..Bax belə..Calış özünü ələ vermə..Dediylərim də yaddan çıxar..Ya da.......Yox,yaxşısı budu yaddan çıxar....

P/S.
Bu sözlər onları əzbərləyib oxumaq üçün deyil, pıçıltı ilə anlamaq üçündür.
Bilmədiyiniz, dərinliyinə varmadığınız şeyləri gəlin pisləməyək.Bəzi Sözlər var çox insanlardan qat-qat təmizdir...
(səs: 10)
Şərhlər: 7
Baxılıb: 3 125
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri