Siz bu sənət əsəri olaraq özünüzü sevirsinizmi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 224
Səs ver:
(səs: 4)
Siz nə üçün sevimlisiniz? Ruhunuzu,indiki halınızı və gələcəyinizi nə üçün sevməlisiniz? Yer üzündə olan ən möhtəşəm insanlarla eyni zamanda dünyaya gəldiyinizi bilirsiniz? Bəs siz özünüzü kəşv etdinizmi? Kim olduğunuzu yetərincə bilirsinizmi?

Min illər boyunca olan araşdırmalara baxmayaraq insan olan ilahi möcüzənin sirri hələ də tamamlanmayıb. Böyüklər, "Özünü bilən,tanıyan bir insan Rəbbini də bilir,tanıyır” sözünü hər zaman inancla söylədilər. Özünüzü kəşv etdikcə sizi var edən ilahi qüdrəti anlayacaqsınız.

Sağlam,hüzurlu,bacarıqlı,savadlı olmaq sizin içinizdə olan öz sevginizdən keçirsə özünüzü sizə sevdirəcək səbəbləri necə kəşv edə bilərsiniz? Özünüzdəki gözəlliyi,üstünlüyü,faydaları qavramaqdan başlayın.Buna hazırsınız?

1.Siz gözəl bir ilahi sənətisiniz.

İnsan əli ilə yaradılan sənət əsərlərini görmək istəyənlər çox vaxt muzeylərdə bunu görməyə can atırlar.Bəs əgər siz ilahi bir sənət əsəri olaraq hansısa bir muzeyə göndərilsəydiniz bütün dünyanın diqqətini çəkməzdinizmi? Özünüz kimi bənzərsiz bir sənət əsəri barəsində heç düşünüb özünüzdə olan gözəlliyi kəşv etmisinizmi?

Siz yer üzündə olan kəpənəklərlə,ceyranlarla,möcüzəli heyvanlar, həşaratlarla,təbiət və təbiət gözəllikləri zəngin olan inanılmaz maddi və mənəvi gözəlliklərə sahibsiniz.

Bir saray düşünün ki,kainatın ən dəyərli parçaları ilə düzəlib və bəzədilib.İnsan kainatın ən dəyərli sarayıdır.Bir meyvə ağacın bütün xüsusiyyətlərini özündə necə daşıyırsa insan da kainatın ən gözəl xüsusiyyətlərini özündə cəmləmişdir.

Ağıl,ürək,vicdan,nəfis,ilham qapısı,xəyal,yuxu aləmi,cisimlər və nurani bədən bütövlüyü sizə məxsusdur.Başqa heç bir varlıq sizin kimi sevgidən heyranlığa doğru uzanan zənginliklə bəzənmədi.Bir sevgi yaşaya bilirsiniz ki,bunun tayı bərabəri olmaz.Bir kanaldan gələcəyi hiss edə bilir,digərindən nurani enerji göndərir, bəsləyərsiniz.Keçmişlə gələcəyi tək bir məqamda toplaya bilir,geniş məkanları dar bir məkanda yaşa bilirsiniz. Xəyal dünyanıza gerçək dünyanızdan yüz qat dərinlikdə olan həyatlar sığdıra bilirsiniz.

Dünyaya təmiz və hüzurlu gəldiniz.İnamsızlıq,qorxu,kin,eqoistlik kimi xəstəlikləri sonradan qazandınız.Vicdanınızın səsi ilə özünüzə dürüstlük,gözəllik,məsuliyyət kimi əxlaqi dəyərlər qazandırırsınız.
Gözlərinizlə,kipriklərinizlə,qaşlarınızla,bütün üz gözəlliklərinizlə inanılmaz bir möcüzəyə sahibsiniz.Bu barədə səhifələrlə kitablar yazmaq olar.Bu cür gözəllik hansı canlıda var? Üzünüzdəki hər duyğunu və düşüncəni ifadə edən cizgilərinizə baxın.Onlarda şəfqət var,kədər var,həsrət var! Bu cür zəngin ifadələr hansı canlıda var? Belə bir sənətə mələklər,cinlər,heyvanlar qibtə edirlər. Siz bu sənət əsəri olaraq özünüzü sevirsinizmi?
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 224
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri