Sevginin beyinə təsiri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 940
Səs ver:
(səs: 7)
Alimlər ilk dəfə bunu müəyyən edə biliblər
Çinli və amerikalı alimlərdən ibarət qrup sevginin insan beyninə təsiri ilə bağlı ilk tədqiqatlarını təqdim ediblər.
onlar öz tədqiqatları barədə məlumatı "Frontiers in Human Neuroscience" jurnalında çap etdiriblər. Bu haqda "The Telegraph" nəşri qısa məlumat verib.
Beynin "sevgi xəritəsini” yaratmaqdan ötrü neyrofizioloqlar maqnit-rezonans tomoqrafiya üsulundan istifadə ediblər. Bunun üçün onlar Çuntsi (ÇXR) şəhərindəki Cənubi-qərb universitetindən qızlar və oğlanlardan ibarət yüz tələbə könüllünü seçiblər. Onlar üç qrupa bölünüb: tədqiqatlar ərəfəsində sevənlər, aşiq olub öz sevgililərindən təzəlikcə ayrılanlar və tənhalar, yəni, çoxdan sevgi əlaqəsi yaşamayanlar.
Eksperimet iştirakçılarından heç nə haqda fikirləşməmək xahiş olunub və beyinləri tomoqrafda yoxlanılıb. Birinci qrupdan olanların mükafatlandırma, motivasiya və emosiyaların idarə olunması, həmçinin sosial dərketmə ilə bağlı beyin sahələri aktiv fəaliyyətdə olub. Eləcə də aydınlaşıb ki, beynin müəyyən zonalarının intensiv fəaliyyəti, onların sevgi romanlarının davamlılığı ilə birbaşa əlaqəlidir.
Əvvəllər aşiq olub, yaxın zamanlarda hansısa səbəblər üzündən sevgi münasibətləri pozulan qrup iştitakçılarında isə həmin zonalarda zəif aktivlik müşahidə olunub. Eləcə də aydınlaşıb ki, beynin quyruqlu nüvəsi yalnız bu tələbələrdə intensiv işləyir.
Həmin an üçün qarşı cinsə vurulmayan tələbələrin beyni isə sadəcə bir qədər zəif aktivliyi ilə fərqlənib.
Alimlərin sözlərinə görə, onlar ilk dəfə olaraq sevginin beynin arxitekturasına təsirləri barədə dəlillər əldə ediblər. Gələcəkdə onlar maqnit-rezonans tomaqrafının və ya digə metodların köməyilə sevgi testini işləyib hazırlamaq istəyirlər.
(səs: 7)
Şərhlər: 10
Baxılıb: 3 940
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri