Bu mövzular hər gün təkrar olunmalıdı ki, unudulmasın!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 502
Səs ver:
(səs: 1)
Günümüzdə müalicəsi gecikən xəstəliklər çoxdur.Bunlardan ən mühümü isə haqqında söhbət açdığımız movzudur. Cəmiyyətin tərbiyəsi ailədən başlayır.Müasir dövrdə valideynlərin bir çoxu övladlarının tərbiyəsinə məktəb yaxşından başlayırlar.Bu yaşa qədər onların heç bir şey anlamadıqlarını zənn edir, hətta uşaqlarnın yaninda mübahisə belə edirlər.İslamdan xəbərsiz bu tip valideynlər daha bilmirlər ki, övladın tərbiyəsinə hələ o , rüşeym halında,ana bətnində ikən başlamaq lazımdır.Gələcək ananın tez-tez Qurana qulaq asması,özünün bildiyi surələri və ayələri ouxması doğulacaq körpənin psixologiyasına müsbət təsir edən amillərdən ən başlıcasıdır.Eyni zamanda yeni doğulmuş körpəni də Quran sədaları altında yatızdırmaq, dil açmağa başlarkən şəhadət kəlmələrini öyrətmək lazımdır.Daha sonra ağlı kəsməyə başlarkən uşağa dinimizin əsaslarını, insan haqlarını və haqların önündə gedən valideyn haqlarını təlqin etmək lazımdır. İndi bir anlıq düşünün, Mayası İslamla yoğrulmuş bir övlad valideynlərinin üzünə ağ olub onların haqqlarını tapdalayarmı?.Təəssüflər olsun ki, günümüzdə İslami tərbiyə metodunu seçən valideynlərə çox az rast gəlirik.Elə bunun nəticəsidir ki ölkəmizdəki "Qocalar evi”nin biçarə sakinləri günü-gündən artırlar.Qəlbinə daş bağlamış övladlar ayda-ildə bir dəfə bu evə gələrək valideynlərini ziyarət edir və bununla da vəzifələrini bitmiş hesab edirlər.Daha düşünmürlər ki, sabah özləri qocalıb atılmış valideynlərin yerində ola bilərlər.O valideynlərin ki, hər gün gözləri yolda , qulaqları səsdə, qəbləri övlad, nəsə həsrəti ilə çırpınır.O valideynlərin ki,ianə yardım fondlarının etdikləri maddi yardımdan daha çox xoş bir övlad sözünə ,nəvə-nəticə qayğısına ehtiyacları var.Maddi aclığı ödəmək asan, mənəvi aclığı ödəmək isə olduqca çətindir.Bunu üçün insan qəlbini doldura biləcək sevgi lazımdır.Sevgi insanları bir-birinə ,bağlayan ən qırılmaz teldir.Ən böyük sevgi isə Allah sevgisidir.Yəqin ki , qəlbində Allah qorxusu,Allah sevgisi, peyğəmbər məhəbbəti olan bir övlad heç vaxt onu illərlə boya-başa çatdırmış, bu yolda hər cəfaya dözmüş valideynlərinə əziyyət verərək, onların haqqlarını tapdalamağa razı olmaz.Çünki heç nə olmasa bu qorxu, bu sevgi onların bəd əməllərinin qarşısını alar.İmansız qəlbdən isə nə desən gözləmək olar.Elə isə əziz valideynlər , gəlin , övladlarımızın qəlbində iman toxumu əkməyə,onlara haqqı-nahaqqı, halal-haramı ayırd etməyi öyrətməyə çalışaq.Nə qədər geciksək,özümüzə ziyan etmiş olarıq. Əziz övladlar, sizə isə yalniz bir tövsiyyəmiz var.Allahdan qorxun! Valideyn haqları kimi uca haqlara laqeyd olmaqdan çəkinin.Çünki ölüm anidir.Boynunda haqq olaraq ölmək isə çox ağırdır.O ki,qala bu ata-ana haqqı ola! İnanırıq ki,bu müxtəsər məcmuəizdən sonra günümüzün ən aktual problemlərindən biri olan övlad-valideyn münasibətinə daha çox diqqət yetirəcək,valideynlərinizlə aranızda yaranmış ən kiçik anlaşılmazlıqları belə Allaha xoş gedən tərzdə çözməyə çalışacaqsınız.Movzumu isə açıq saxlayırıq.Çünki bu movzuya dönə-dönə qayıtmağa ehtiyac var. ...Son sözü də yazdıq.Əslində bütün son sözlər hələ ön sözdür.Nə qədər ki,hər şeyin sonu deyil, tövbə edib , doğru yola qayıtmaq olar.Xoşbəxtdir o kəs ki,son sözü "LƏ İLƏHƏ İLLƏLAH”olacaq.Bax əsl son söz budur! Uca Rəbbimizdən arzu edirik ki,O,bizim qədəmlərimizi dinimiz İslamda möhkəm etsin,bizə elm və hidayət versin!Amin!
(səs: 1)
Şərhlər: 7
Baxılıb: 2 502
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri