Quran və elmi kəşflər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 845
Səs ver:
(səs: 0)

http://imgs.su/tmp/1324294656-367.jpg

YAĞMURDAKI ÖLÇÜ
Quranda yağmur haqqında verilən bir məlumat, yağmurun ölçü ilə endirilməsidir. Zuxruf surəsində belə buyurulur:

" ... Ki O, müəyyən miqdarda göydən su endirdi də, onunla ölü bir məmləkəti diriltdi (hər yana həyat yaydı); siz də beləcə (qəbirlərinizdən çıxarılıb) dirildiləcəksiniz..." (Zuxruf surəsi, 11)

Yağmurdakı bu ölçü də yenə çağımızdakı araşdırmalarla müəyyən edilmişdir. Ölçmələrə görə, yer üzündən bir saniyədə 16 milyon ton su buxarlaşır. Bir ildə bu miqdar 505 trilyon tona çatır. Bu eyni zamanda bir ildə Yerə yağan yağmur miqdarıdır. Yəni su, davamlı tarazlıq içində dövr etməkdədir. Yerdəki həyat da bu suyun sayəsində davam edir. İnsan malik olduğu bütün texnoloji imkanlardan istifadə etsə də bunu süni şəkildə həyata keçirə bilməz.

Əgər bu miqdarda çox xırda bir dəyişiklik olsa, ekoloji tarazlıq pozular, bu da həyatın sonu deməkdir. Ancaq Quranda da bildirildiyi kimi yerə hər il eyni miqdarda yağmur enməkdədir.

MİRİN MƏNBƏYİ ELMDƏN ÖNCƏ QURAN-İ KƏRİMDƏ...
Dəmir Qurani Kərimdə nəzəri cəlb edilən elementlərdən biridir. Quranın "Hadid" surəsi, yəni "Dəmir" adlı surəsində belə buyurulur:

"... Və onda möhkəm bir sərtlik və insanlar üçün (müxtəlif) yararlar olan dəmiri də endirdik..." (Hadid surəsi, 25)

Ayətdə dəmir üçün xüsusilə istifadə olunan "endirmə" kəliməsi, məcazi olaraq insanların xidmətinə verilməsi mənasında düşünülə bilər. Ancaq kəlimənin, "göydən fiziki olaraq endirmə" formasındakı həqiqi mənasını nəzərə aldıqda, ayətin çox önəmli bir elmi möcüzədən bəhs etdiyi müşahidə edilə bilir.

Çünki müasir astronomik icadlar, yer kürəsindəki dəmir mədəninin fəzadakı nəhəng ulduzlardan gəldiyini aşkara çıxarmışdır.

ALİMLƏR YERİ BAŞQA FORMADA ZƏNNEDƏRKƏN QURAN ONUN YUVARLAQ OLDUĞUNU DEYİRDİ...

"Göyləri və yeri haqq olaraq yaratdı. Gecəni gündüzün üstünə örtür, gündüzü də gecənin üstünə artır..." (Zümər surəsi, 5)

Quranın kainatı təsvir edən ayələrində istifadə olunan çox diqqəti cəlbedicidir. Yuxarıdakı ayədə "örtmək" kimi tərcümə edilən Ərəb dilindəki söz "təkvir"dir. Bu sözün türkçə qarşılığı "yuvarlaq bir şeyin üzərinə bir cisim örtmək"dir. Məsələn, Ərəb dilində lüğətlərdə "başa sarıq örtmək" kimi yuvarlaq cisimləri ifadə edən fellər üçün bu söz istifadə olunur.

Ayədə gecənin və gündüzün bir-birlərinin üzərlərini örtmələri (təkvir etməkləri) mövzusunda verilən məlumat, eyni zamanda yerin forması haqqında dəqiq məlumat verməkdədir. Yalnız və yalnız yer yuvarlaq olduqda bu ayədə ifadə edilən fel yerinə düşür. Yəni VII əsrdə Quranda yerin yuvarlaqlığına işarə edilmişdir.

Unutmaq lazım deyil ki, o dövrdəki astronomiya anlayışı yeri çox fərqli qəbul edirdi. O dövrdə yerin bir düz səth olduğu düşünülürdü və hesablamalar buna əsasən aparılırdı. Quran ayələri isə bizə ən doğru bilikləri öyrədir. Quran Allahın sözü olduğu üçün kainatə tərif edən ən doğru kəlmələr istifadə edilmişdir.

DAĞLAR NƏ ÜÇÜN VAR EDİLİB?

Qurani Kərimi diqqətlə oxuduqda bu həqiqətlə qarşılaşırıq:

"...sizi yırğalamasın deyə, yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir..." (Loğman surəsi, 10)

Bu ayətdən də anlaşıldığı kimi dağlar, tarazlığın təmin ediləcəyi formada yaradılmışdır. Elm, keçmiş on dörd yüz il boyunca bu həqiqətdən xəbərsiz qalmışdı. Müasir coğrafiyaşünaslar bu hadisəni "Yerin üst təbəqəsinin tarazlığı qanunu" (Law of Isostasy) deyə adlandırırlar. Bu qanunun müəmmaları nəzərə alındıqda elm, hələ ilk pillələrdədir.

Englen, "Maddənin yüngül olanı yerin səthinə çıxarkən, ağır maddənin yerinin bu gün dəniz olaraq gördüyümüz dərin çuxurlar halına gəldiyi qəbul edilməkdədir. Beləliklə, maddənin hündürlüyü və alçaqlığı dünyanın tarazlığını təmin etməkdədir." deyir.

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri