Hıçqırmaq

Müəllif: tek umidim sen
Şərhlər: 11
Baxılıb: 749
Paylaş:
Səs ver:
(səs: 2)
Çoxumuz gün ərzində anidən olaraq hıçqırmağa başlayırıq. Bəzən nəfəsimizi saxlayır, bəzən də su içərək bu istəksiz vəziyyətdən xilas olmağa çalışırıq.
Ancaq səbəbsiz baş verən və uzun müddət davam edən hıçqırıqlar beyin və vacib orqan olan ürəkdə baş verən xəstəliklərin xəbərçisi ola bilər.
İstanbul-Memorial Ataşehir xəstəxanası terapiya şöbəsindən Həkim Prof. Birsel Kavaklı, hıçqırıq haqqında məlumat verib.

Çox sürətli yemək yemək, həddindən artıq spirt və siqaret çəkmək hıçqırmağa səbəb ola bilər. Hıçqırıq, sinə boşluğu ilə qarın boşluğunu bir-birindən ayıran və diafraqma adı verilən əzələnin spazmından sonra səs tellərinin olduğu qırtlaq bölgəsinin birdən bağlanmasıyla meydana gəlir və bu sırada bir «spesifik hıçqırıq» səsi eşidilir. Dəqiqədə 10-30 dəfə təkrarlanan bu sıxılmalar diafraqmadan başqa qabırğalar arasındakı əzələlərdə də ola bilər.

Hıçqırıq çox vaxt qısa davamlı və zərərsizdir, sağlam şəxslərdə isə müvəqqəti bir narahatlıq olaraq ortaya çıxa bilər. Kiçik körpələrdə və çox sürətli yemək yeyən, bu sırada hava udan kəslərdə görülən hıçqıraq buna yaxşı bir nümunədir. Həddindən artıq gülmək, qıdıqlanma və ya çox siqaret çəkmək, spirtli içkilər qəbul etmək, əsəb pozğunluğu, hava udulması kimi hallarda müvəqqəti hıçqırıqlarla ortaya çıxır.

Sinir sistemi və mədə narahatlıqları ehtimalını nəzərdən qaçırmaq olmaz. Hıçqırıq bəzən günlərlə-həftələrlə kəsilməyə bilər, xəstəni ciddi şəkildə narahat edə bilər və bilinməsi vacib olan xəstəliyin alaməti ola bilər. Uzun davamlı hıçqırıqlar xəstənin yemək yeməsinə, yuxusuna, danışmasına təsir göstərir. Cərrahi cəhd zamanı və sonrasında ortaya çıxan hıçqırıqlar da müxtəlif narahatlıqlara gətirib çıxarır. Hıçqırığın mərkəz sinir sistemi xəstəliklərindən mədə xəstəliklərinə qədər çox fərqli səbəbləri ola bilər.

Mədə reflüksu və hıçqırıq əlaqəsinə diqqət etmək vacibdir!  Hıçqırıq meningit, beyində olan daxili qanaxma, beyin şişləri və beyindəki yaşlılıqla əlaqədar dəyişikliklər kimi mərkəzi sinir sistemi xəstəliklərinin birinin tapıntısı ola bilər. Mədə reflüksu xəstələrində hıçqırıq da ola bilər. Yalnız hıçqırıq şikayəti ilə həkimə müraciət edən xəstələr də olmaqdadır. Bu kəslər uzun müddət hıçqırıq səbəbindən nəzarətdə olur və reflüks xəstəliyi əlamətini isə göstərməz. Bu xəstələrdə reflüks müalicə edildiyi zaman hıçqırıq da keçər. Hər bir adamı zaman zaman hıçqırıq tuta bilər, amma reflüksu olan xəstələrdə bu daha tez və uzun müddətli olmaqla rast gəlinir. Təbii ki hər hıçqırıq tutan adamın reflüksu olmur. Bunun yanında hıçqırığı fərqli səbəbləri də var.  Hər iki ağciyər arasında qalan və içində ürəyin də olduğu döş qəfəsi adı verilən bölgənin xəstəliklərində də hıçqırıq inkişaf edə bilər. Buradakı limfa düyünlərinin vərəm, xərçəng və ya başqa səbəblərlə əlaqədar böyüməsi, sinir zədəsi, həddindən artıq ürək böyüməsi, ürək çatışmazlığı (infarkt) və yemək borusunda olan tıxanmalar bu xəstəliklərin başlıcalarındandır. Sətəlcəm və ağciyər pərdələri arasında maye toplanması da hıçqırığa səbəb ola bilər. Diafraqma əzələsinin yırtıqları, qaraciyər şiş və mədə xərçəngi, dalaq infarkt, bağırsaqda olan tıxanmalar, kəskin pankreatit kimi xəstəliklərlə hıçqırıq müəyyən olunur.  Hıçqırığı keçirmək üçün praktik təkliflər: •Nəfəsi bacardıqca saxlamaq, diafraqmanı yanıldır və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edilir; • Buzlu su, limon suyu və ya sirkə içməklə, qırtlaqdakı «glottis» spazmı həll edilə bilər; • Buruna qara bibər sürtdükdə asqırıqdan sonra gələn şok nəfəslənmə, diafraqma əzələlərinə təsir göstərir və yenidən normal nəfəslənmə ritminə dönməsini təmin edir; • 2-3 ədəd kəsmə şəkər və ya 1 qəhvə qaşığı duz yemək də müsbət nəticə verə bilər; • Aç qarınına bir neçə qərənfil çeynəmək xüsusilə yaşlılarda yaxşı nəticə verir; • Yemək yeyərkən tələsik edilməməli və danışılmamalıdır. Ümumiyyətlə yavaş danışmağa diqqət göstərilməlidir; • İçkilər qətiyyən şüşədən içilməməlidir; • Həddindən artıq gülməkdən çəkinmək lazımdır.
Bu üsullarla dayanmayan hıçqırıq üçün sakitləşdiricilər, əzələ genişlənməsi kimi müxtəlif dərmanlar təsirli ola bilər. Boyundakı şah damarı həkim tərəfindən masaj edilə bilər. Keçmədiyi təqdirdə həkimə müraciət edilməlidir. Durdurulmayan hıçqırıq üçün son çarə sinir əyləcinin bir anestetik dərmanla və ya cərrahi blokadasını təmin etməkdir.

loading...
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 749
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Sucan
Mende olur arabir
23 may 2015 00:53
11
Offline
lelos
olur arada bir
23 may 2015 00:32
10
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
GünƏşimƏ_AiD_
Men hicqarmaqa bashliyanda 7qurtum su icirem fso.kecib gedir.amma mende bir shey varki men hicqarmaqa bashlayanda meni gic gulmek tutur.bilmirem hicqirim ya gulum bilmirem ne olan sheydi bu.ona gore tez du icirem
22 may 2015 22:21
9
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
Mrs.A
Arada mendede olur. O qefl adami qorxudandada kecir,tesekkurler
22 may 2015 20:13
8
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
emis
Bu əlamətlərin heç birinin məndə olmamamasina baxmayaraq mənde hıçqırıq tez tez olur. Gecde keçib gedir. Heç tez tez yemək yeməyə fikir verməmişəm ola bilər. Su içməyi də bilmirdim görüm keçəcəkmi su içəndə Təşəkkür.
22 may 2015 17:53
7
Offline
Catwoman666
mence hicqiriq bir xestelik deyil amma bezi insanlarda artiq xestelik halina kecib
22 may 2015 16:51
6
Viking
Offline
arzum-aysum
men hec kimde deqiqede 10-30 dede hicqiriq görməmişəm

menim qizlarimin ikisi de cox gulende hicqirirlar
22 may 2015 16:48
5
Qarşına ümüdlə bax, arxana şükürlə, yuxarıya imanla, ətrafına hörmətlə...
Offline
Tomris Müslümova
tez tez yemek yeyende olur ama su icende kecib gedir...ama mence bunun xesteliye adiyyati yoxdu...

tez tez yemek yeyende olur ama su icende kecib gedir...ama mence bunun xesteliye adiyyati yoxdu...
22 may 2015 16:33
4

Sən sadəcə mənimsən...!
Offline
vipbetul
her kesde hicqiriq olur buda demek deyilki ele her kes xesdedi siddetli hicqiriqi gunlerle dayanmayanda uje bu xesdelikdi.hicqiriq olduqda qurtum-qurtum su icdikde kecib gedir

her kesde hicqiriq olur buda demek deyilki ele her kes xesdedi siddetli hicqiriqi gunlerle dayanmayanda uje bu xesdelikdi.hicqiriq olduqda qurtum-qurtum su icdikde kecib gedir
22 may 2015 15:40
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Offf mende de cox olur bezen iki saat kesmir.
22 may 2015 14:50
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Fialka
Hıcqırıq biyabırçılıqdı)) birdən yaranır və camaatın içində)) təssəvür etmək belə utandırır ancaq su içib, nəfəsi saxlamaqla keçir))
22 may 2015 14:36
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook