Allah bilsin, kimsə bilməsin!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 534
Səs ver:
(səs: 1)

 

http://imgs.su/tmp/1324975444-302.jpg

Adam var, dünyaya xoş görünmək istəyər, istəyər ki, onu öysünlər, tərifləsinlər, getdiyi hər yerdə hörmət-izzət göstərsinlər; adam da var, dönüb dünyanın üzünə də baxmaq istəməz, yaxşı bir işi oldumu, dünyadan da gizləyər, onun içindəkilər də...

"Allah gördümü, Allah bildimi, bu mənə yetər, başqalarının bilməsini, görməsini istəmirəm" düşüncəsi ilə yaşayan bu insanlar hər əməlinin qarşılığını ancaq Allah-Təaladan diləyərlər. Ehsan şüuru, yəni Allahı öz qarşısında görürmüş kimi Ona ibadət edən, hər məqamda "Mən Allahı görməsəm də, Allah məni görür" məntiqi ilə yaşayan bu insanlar tarixin hər mərhələsində dünyanın müxtəlif coğrafiyalarında boy veriblər.

İmam Zeynalabidin Rəsulullahın (s.ə.s.) soyundan gələn QIZIL ZƏNCİR-də yer almış mübarək zatlardan biridir və onun həyatı bu sahədə örnək göstərilməyə layiq gözəlliklərlə doludur.

Milli.Az xəbər portalı "Zaman Azərbaycan"a istinadən bildirir ki, Mədinənin kasıbları hər səhər yuxudan ayılanda evlərinin qapısında ərzaq dolu bir kisə görərdilər. Onlar bu vəziyyətə elə alışmışdılar ki, elə bilirdilər ki, elə belə də olmalıdır. Bu vəziyyət aylar, illər uzunu davam edir. Bir səhər kasıblar yuxudan oyanıb hər gün qapıda görməyə adət etdikləri ərzaq torbasını görmürlər. Aradan az keçməmiş xəbər yayılır ki, Peyğəmbərimizin nəticəsi İmam Zeynəlabidin Haqqın rəhmətinə qovuşub. Hamı tez İmamın evinə axın edir. İmam Zeynəlabidinin cənazəsini yuyat yerinə götürürlər və az sonra qəssal (meyit yuyan, meyitə qüsl verən) hönkürərək yuyat yerindən bayıra atır. Səbəbini soruşanlara da deyir ki, hər gecə kasıbların qapısına ərzaq kisəsi daşıyan adam elə bu mübarək zat imiş. Adamlar İmam Zeynəlabidinin cansız cəsədinin çiynindəki kəndir yağırını görüb göz yaşlarını saxlaya bilmirlər.

***

Nəmrud əmr eləmişdi və Həzrəti İbrahimi yandırmaq üçün dağ boyda tonqal çatmışdılar. Alovun istisindən tonqala yaxınlaşmaq mümkün deyildi. Ona görə də Nəmrud bu qərara gəldi ki, "Allahın dostu" ünvanını daşıyan İbrahim Peyğəmbəri alovun içinə mancanaqla atdırsın. Elə də edirlər. Həzrəti İbrahim mancanaqdan üzülüb tonqala doğru süzərkən mələklər havada ona yaxınlaşıb yardım istəyib-istəmədiyini soruşurlar. Həzrəti İbrahim: "HasbinAllah" deyir, yəni Allah mənə kifayətdir, Allah mənim halımı bilirsə, bu, mənə yetər, Allah mənə nəyi rəva görürsə, o mənim üçün ən gözəl olanıdır. Allahdan başqa kimsədən yardım istəmirəm. Allahdan başqa kimsəyə üz tutmuram, yalvarmıram, diləyimi ərz etmirəm.

Həzrəti İbrahimin bu təslimiyyəti təvəkkülün zirvəsidir. Əslində müsəlmanlar hər namaz qılarkən oxuduqları Fatihədə "iyyəkə nəbudu və iyyəkə nəstəin" deyərkən də eyni həqiqətə işarə edirlər: "Yalnız Ona ibadət edirik, yalnız Ondan yardım diləyirik".

***

İxlas - ibadətin Allah əmri olduğu üçün yerinə yetirilməsidir.

İxlas - "məni Allah görsün" düşüncəsinin təzahürüdür.

İxlas - Allahdan savayı kimsədən bir şey ummamaqdır, her şeyi Allahdan diləməkdir.

Bir insanın Allahın rəğbətini qazanmaq, Onu xoşnud etmək niyyətiylə Onun əmri istiqamətində gördüyü hər xoş əməl də ixlas çərçivəsinə girər.

İxlas həm də riya, yalan, məkr qarışmamış əməl deməkdir, xalis deməkdir.

Xalislər ixlasla xilas ola bilirlər.

İxlaslı olmayan, yəni xalis olmayan riyalı deməkdir.

İxlasın qarşılığı, ziddi riyadir.

Riya "məni dünya görsün, filankəslər görsün" düşüncəsinin təzahürüdür.

Riya - dünyadan təmənna ummaqdır.

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 534
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri