Mən hər yerdəyəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 1 895
Səs ver:
(səs: 4)
Hər bir insan düşünür ki, mən onlarda varam...Hər bir insan fəxr edir ki,mən onların davranışlarındayam..Əslində məni görməzdən gəlirlər...Əslində ən son düşündükləri Mənəm...

Mən hər yerdəyəm...
Qohumların toyda görüşərkən,musiqinin yüksək səsində hal əhval tutmaqlarında...Darıxmış kimi mimikalarında....

Mən hər yerdəyəm...
Çoxdandır hazırlaşdığın ,sənin üçün önəmli bir hadisənin yaşanacağı bir gündə, ətrafındakıların sənə "UĞURLAR” sözündə...

Mən hər yerdəyəm...
Həyatda görüşdükdə bəzən heç bir birinə "SALAM” verməyən insanların facebookda bir birinin dost siyahısında olmasında...

Mən hər yerdəyəm...
Birinə borc verərkən hər ay aldığı faizdə...Borc verdim,kiməsə yardım əlimi uzatdım deyə düşünməkdənsə,faizini hesablayan düşüncələrdə...”Qabağa düşdüm” deyən gözlərdəki bic təbəssümdə...

Mən hər yerdəyəm...
Bir qüsuru olan insanı hər yerdə barmaqla göstərib üzünə gülməsində...Dərdi ilə maraqlanmış kimi davranışlarda...

Mən hər yerdəyəm...
Maşının markasına görə oğlan bəyənən qızların düşüncəsində.
Qayınananın gətirdiyi qır-qızılla, gəlinin gətirdiyi cehizi müqayisəsində...

Bilirsinizmi mən nəyəm? Mən səmimiyyətəm...

Mən hər yerdəyəm...Insan qəlblərindən başqa...
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 1 895
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri