Bir dünya istəyirəm ki...

Müəllif: SEVGI DENIZIM
Şərhlər: 15
Baxılıb: 853
Paylaş:
Səs ver:
(səs: 2)
Bir dünya istəyirəm ki,yerin çoxu su,azı torpaq olsun. Onda bütün insanlar dəniz görə bilərdi. İnsanlar əlini tutan birisi olmayanda ayağını sığallayan dənizlə təsəlli tapa bilərdi.

Bir dünya istəyirəm ki,hər yer yamyaşıl olsun. Hündür binalar göy üzünü bağlamasın. Uca dağlar buludlarla baş-başa versin. Heç ayrılmayacaqmış kimi görünən sevgililər kimi.

Bir dünya istəyirəm ki,insanların yarısı villalarda,yarısı daxmalarda yaşamasın. Hamı eyni cür olan kiçik evlərdə yaşasın. Onda heç kim "yuxarıda” olmazdı.

Bir dünya istəyirəm ki,gecələrdə də göy qurşağı görünsün. Ki,evsizliyə məhkum olan uşaqlar gecənin qaranlığından qorxmasın. Gecələr ağlayanların gözünə rəng gəlsin.

Bir dünya istəyirəm ki,ulduzlar o qədər parlaq olsun ki,gündüzlər belə səmanı bəzəsin. Gecələr sevgilisi yanında olmayan oğlan bir saatlıq görüşündə ulduzları onun gözlərinə oxşada bilsin.

Bir dünya istəyirəm ki,orda fərqli dil olmasın. Onda bəlkə o səfillikdə fəryad edənlərin nə deyərək bizi çağırdığını başa düşərdik. Bəlkə kimsə həqiqətən onlara kömək etməli olduğumuzu anlayardı.

Bir dünya istəyirəm ki,ölkələr olmasın. Dünya şəhərlərə ayrılmasın. Neçə ürəyi yarı bölən sərhədlər qoyulmasın. Allahın yaratdığı torpağı "bizim” deyə heç kim sahiblənməsin.

Bir dünya istəyirəm ki,üstünə "siqaret sağlamlığınıza ziyandır” deyə yazaraq gülünc halına düşən şirkətlər siqaret istehsal etməsin. Onda hələ balaca yaşda bu zibil ilə tanış olan gənc yaşamadığı bu günlərdə öz şəhzadəsini tapa bilərdi.

Bir dünya istəyirəm ki,orda sərxoş "atalar” evə gəlib anaları döyməsin. Onda qızlar bütün kişiləri eyni bilib onlara nifrət eləməzdi.

Bir dünya istəyirəm ki,orda qeybət olmasın. Onda hər toydan sonra məclisdəki hər şeyi ölçüb biçən gombul arvadlar qızlarına daha yaxşı xasiyyət öyrədə bilərdi.

Bir dünya istəyirəm ki,orda xəyanət olmasın. Əli pul tutan "qeyrətli oğullar” gözünü açmamış qızların korluğundan istifadə edib onlara "sevgini” öyrətməsin. "İş işdən keçib” deyə düşünərək hər gecə başqa yatağa yatanlar evlənərkən ailəsinin qızıl kimi evə həps etdiyi qızlar pəncərədən çölə baxıb möcüzə gözləməsin. Onda bəlkə sevgi deyəndə ağlımıza yalan yox,ürəyimizə ümid gələrdi.

Bir dünya istəyirəm ki,orda qaydalar olmasın. Onda nazirin tək özü üçün yaşayan oğlu nazir,fəhlənin kitab oxumaq istəyən gözləri tozla dolan oğlu fəhlə olmazdı.

Bir dünya istəyirəm ki,Qabil Habili öldürməmiş olsun. Onda bəlkə nəinki qəlb qırmaq,qarışqanı əzəndə belə vicdan əzabı çəkərdik.

Bir dünya istəyirəm ki,ailəsinin məcburiyyəti ilə bacısını öldürüb namusunu təmizlədiyini düşünən o adam taxta parçasından sülh simvolu olan göyərçin düzəltməyi həpsdə öyrənməsin.

Bir dünya istəyirəm ki,cənnətlə cəhənnəmin mövcud olub olmadığını mübahisə edən o "din adamları” mübahisə etdikləri qədər ibadət etsinlər.

Bir dünya istəyirəm ki,o rəngbərəng güllərlə bəzənmiş parklarda yetmiş yaşını ötmüş nənələr tum satmasın. Və ağır yük daşıyan qocaların yanından cavanlar etinasız ötüb keçməsin. Həmişə düşünmüşəm,bu yaşlı insanların dizinin dibində oturan nəvələrinə nağıl danışmaq vaxtı çatmışkən belə yüklərlə harasa tələsməyinin səbəbini. Sanki bir faydası varmış kimi...

Bir dünya istəyirəm ki,qızıl balıq hamının arzusunu gerçəkləşdirsin. Çıraqdan çıxan o cin hər ölkəyə sevinc paylasın. Ağ göyərçinlər səmada rəqs etsin. Balaca uşaqlar doyunca səs-səsə verib qışqırsın. Eyni binada heç kim bir-birini tanımazkən,məhlələrdə deyil,bütün şəhərlərdə hamı bir-birinə doğma olsun. Sevgilisi onu 10 dəqiqə əvvəl tərk etmiş bir qız yoldakı qoca nənəyə baxıb gülümsəsin. Dörd divar arasında qalanlar sahillərdə quma bulansın. Kasıblığından utanmadan qızın əllərindən yapışıb "səni sevirəm!” desin. Yolda heç tanımadığı birindən yardım alanda ona "çox sağ ol” deməyi bacarsın.

Mən istəyirəm ki,cənnəti özümüz yaradaq! Heç kimin ayağından tutub arxaya çəkməyək,əlindən tutub yanımıza çəkək. Facebookda gözəl statuslar yox,həyatda sevgimizi paylaşaq. Divarlarda söyüş yamayaq,uğruna dastanlar yazılan sevgi yaşayaq. Əsəbdən sevdiklərimizə qışqırıb qəlb qırmayaq,ən uca dağlardan gücümüzü hayqıraq! İnsanlara yad gözlərlə baxmayaq,bizə baxan gözlərdə sevinc oyadaq. Ziyarət etmək üçün bayramları gözləməyək,hər günü bayram kimi yaşayaq. Qayğı göstərmək üçün səbəb axtarmayaq,itirəcəyimiz gün gəlmədən hər an sevdiklərimizin qeydinə qalaq. Ki,sonra peşman olmayaq. İrəliləmək üçün başqalarının uğurunu oğurlamayaq,öz gücümüzlə qazanaq. Yaratmaq üçün öldürmək istəmirəm,ümid ölməsin deyə səbəblər yaradaq istəyirəm. Bu ümidlə lazım gələrsə bir ömür yaşayaq...

loading...
(səs: 2)
Şərhlər: 15
Baxılıb: 853
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
ismayilova ulker
Xeyallar alemini gezib geldim. Gozel dunyadi....
7 dekabr 2015 16:53
15
Heçkimin başı üçün deyil dolçanı əsəbləşdirmək.
Online
Dj_Vampir
bunu elemek ucun qizil baliqa,cin'e ehtiyac yoxdur insanlar ozleri istese ede biler)
12 iyul 2015 21:05
14
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
ulduz
mende ele dunya isteremki ,hec kes bir birine paxiliq elemesin.qazancin nedi sorusduqda bele sanki soruysan elinden alir ona demir ...haminin qarninda ele bir qurd varki hec kesde olmasin mende olsun.biz bele dunyada yasiyib ovlad boyuduruk ...yazilanlar xeyaldi keskelerde ..ama ele keske real olsa

mende ele dunya isteremki ,hec kes bir birine paxiliq elemesin.qazancin nedi sorusduqda bele sanki soruysan elinden alir ona demir ...haminin qarninda ele bir qurd varki hec kesde olmasin mende olsun.biz bele dunyada yasiyib ovlad boyuduruk ...yazilanlar xeyaldi keskelerde ..ama ele keske real olsa
31 may 2015 17:57
13
Qadının ən böyük vəzifəsi analıqdır :50:
Offline
Catwoman666
men de isteyerem ki bele bir dunya olsun...... cooxxxx isteyirem ve burda yazilan dunya ucun darixiram
31 may 2015 17:48
12
Viking
Offline
Antikvar
Necədə gözəl,həqiqət və real olmayan gərçəklər....Amma istəyimiz boşadı,onlara çatmaq eçün əl -ələ vermək lazımdı,indi tam əksi insanlar bir birilərindən qaçırlar,sanki yaxınlaşdıqları düşmənləriymiş kimi...Ancaq işləri düşən zaman axtarmalar,ancaq istəklərinə çatmaqları üçün yaxınlaşmallar olur bu həyatda.Heç kim qarşındakının həyatını yaşamasa onun nə çəkdiyindən xəbəri belə olmaz.Yaxşının imkanlının kef çəkənlərin ,acından qıvrılan,bir tikə çörək üçün çabalayandan nə xəbəri.İmkanlının oğlu kef çəkərkən ,kasıbın oğlu cırıq paltarda tikdirdiyi yerlərdən nə xəbəri...(Amma düzünü desək indiki kasıblarında maşallahı var)))Mətndə qeyd olan həqiqətlər sadəcə orda olaraqda alcaq bir xatirə kimi.İndiki insanlarda aqresivləşmə gedir nə mehribanlıq...tşk
31 may 2015 16:35
11
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
Nergız33
Bir dünya isteyirem her kes evlad sevgisi dadsın , evladlar valideynlerinin qedrın bilsin
31 may 2015 15:52
10
Melek gibiyim aslindamelek,sadece kanatlarim kirildiginda supurgeme biniyorumgirl_witch.Hepsi bu:)
Offline
Fialka
Real olmayan ancaq istək olaraq da qalan fərqli dünyaları maraqlı fikirlərlə ifadə ediblər. Cənnət olmasada ona yaxın bir dünyanı qurmaq üçün insanlar əməllərini dəyişməlidir buda çox az ehtimaldır təəssüf))
31 may 2015 15:13
9
Offline
vipbetul
gozel sozlerdi sadege olaraq sozlerdi bu yazilanlar real olmayayacaq qeder maraqli hekaye naqildi
31 may 2015 14:41
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
lelos
Bir dünya istəyirəm ki,orda qaydalar olmasın. Onda nazirin tək özü üçün yaşayan oğlu nazir,fəhlənin kitab oxumaq istəyən gözləri tozla dolan oğlu fəhlə olmazdı.
31 may 2015 13:29
7
her ümüdün puça çixandan sonra yeni bir ümüde sarilmaqdi yaşamaq
Offline
aziz a
Men ele bir dunya isteyiremki, hami bir birile mehriban olsun, dava dalas soz sohbet olmasin,hamican deyib can esitsin,,Ele bir dunya isteyiremki, oglanlar qizlara soz atmasin, o an hemin oglan oz ana bacisini ,yoldasini dusunsun, isteyiremki, aileler bos bosuna dagilmasin, usahlar ata ve anasuz boyumesin..Isteyirem bir olan Allahimizi unutmayaq, onu tek cetinliye dusende deyil, her animida anaq, dusunek..Usteyirem namazlarimizi, ibadetlerimizi axsatmayaq, imanli ,teqvlai olaq..Bele bir dunya isteyiremki, hec yerde muharibe olmasin usaglar, qocalar, qadinlar, cavanlar vehsicesine oldurulmesin, isgence gormesin...Isteyirem Serj Sarkisyan, Beser Esed ve onun kimi digerleri vehsicesine qetle yetirdikleri minlerce insanlar kimi ezabla ,eziyyetle olsunler...bunu cox isteyirem,,,Qarabagin ve ordaki qeyle yetirilenlerin qisasinin alindigini gormek isteyiremm....Hele o qeder seyler varki istediyim.....
31 may 2015 13:21
6
Rebbim kömek olsun cümlemize Amin
Offline
ask meleyi
bu umidle lazim gelerse bir omur yasayaq
31 may 2015 12:58
5
"ALLAH her seyi gorendir,hec kesin ahi yerde qalmaz"-DEDILER.mende seni ALLAHA tapsirdim.qoy nece bilir ele de etsin!
Offline
Mrs.A
Bir dünya istəyirəm ki,insanların yarısı villalarda,yarısı daxmalarda yaşamasın. Hamı eyni cür olan kiçik evlərdə yaşasın. Onda heç kim "yuxarıda” olmazd
31 may 2015 12:54
4
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Sevgi Meleyi
Bir dünya istəyirəm ki,gecələrdə də göy qurşağı görünsün. Ki,evsizliyə məhkum olan uşaqlar gecənin qaranlığından qorxmasın. Gecələr ağlayanların gözünə rəng gəlsin.
31 may 2015 12:40
3
love love love
Offline
Tomris Müslümova
nedense hami bele dunya isteyir ama bu dunyani korluyanda ele biz insanlariq...tesekkurler :)
31 may 2015 12:17
2
Sən sadəcə mənimsən...!
Offline
BARBI
Bir dunya isteyirem her kesin qelbinde sevgi olsun bir dunya isteyirem insanlar ikiuzlu olmasin pis niyetli olmasin.
31 may 2015 12:09
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv