O, naz edir, yoxsa etiraz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 393
Səs ver:
(səs: 0)

 

http://imgs.su/tmp/2012-01-23/1327299825-435.jpg

Əgər sevdiyin və ya sevmədiyin qız sənə bu sözlərdən birini deyirsə, özünü bilməməzliyə vurma!!! Bil ki, özünü ağıllı hesab edir və sənin bu bəhanələrə inanacağını zənn edir...

1) "Gəl dost qalaq..."

Bu o deməkdir ki, mən səninlə əlaqəni kəsmək istəmirəm. Sənə sonrakı sevgi maceralarım haqqında danışıb, məsləhət almaq istəyirəm. Əgər 5 ilə ərə getməsəm, bəlkə sən məni alarsan?!

2) "Mən ərə getməməyə and içmişəm. Hələ oxumalıyam və ya karyera qurmalıyam."

Əlbəttə tanış cümlədir. Qızların 60% -i canların məhz bu bəhanə ilə qurtarırlar. Bu cümlənin bir inkar olunmaz mənası var: qızlar yalnız axmaq hesab etdiyi oğlanlara deyirlər bu sözləri... Çünki əgər qarşısına normal namizəd çıxsa, nə oxumaq, nə iş?!

3) "Mənim işim çoxdur, görüşlər, mesajlar mənlik deyil."

Bu bəhanə o deməkdir ki, hətta ən darıxdırıcı və mənasız iş də səninlə keçən görüşdən yaxşıdır. Belə cümləni eşidən oğlanlar mənalı görüş təşkil etməyin üsullarını öyrənsələr yaxşı olar.

4) "Bilirsən, problem səndə deyil, məndədir."

Axı cavan qızın nə problemi olar? Özünü keyliyə vurma. Problemin ən böyüyü elə səndədir. Buna görə də qız bunu bəhanə edir.

5) "Mənim artıq sevdiyim (görüşdüyüm) biri var. Gecikmisən..."

Belə sözlərə heç inanmasan daha yaxşı olar. Çünki qızlar bu sözü deyəndə çox vaxt oğlan nəzərdə tutmutlar. Əgər pişiyi sevgili adlandırmaq olarsa, demək ki sevgilisi var... Yəni sən pişikdən də pissən?


6) "Mən sənə qardaşım kimi yanaşıram."

Bu o deməkdir ki, sən onun xəyallarının ən axrıncı kişisisən. Dünyadakı bütün kişilər məhv olsalar ancaq sən tək qalsan, bəlkə onda sənin üzünə baxar...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 393
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri