Maraqlı dünya rekordları

Müəllif: Catwoman666
Şərhlər: 6
Baxılıb: 1 846
Səs ver:
(səs: 2)
Swami Maujgiri adlı hindli 1955-ci ildən 1973-cü ilin iyuluna qədər 17 il ayaq üstə durdu. Bu vaxt ərzində yuxusu gələndə harasa söykənməyi kifayət edirdi.
 
Fasın əvvəlki krallarından Muley İsmailin 548 oğlan, 340 qız olmaqla 888 uşağı var idi
 
1989-cu il 18 mart günü Londonda 4 ayaqqabı boyaçısı 8 saat ərzində 11651 cüt ayaqqabı boyadılar.
 
Dünyanın normal boydakı ən zəif insanı 1977-ci ildə 83 yaşında öldüyü zaman 15 kq idi.
 
Rus cütcüsü Feodor Vassilyevin arvadı 1725-1765-ci illərdə 27 doğumla 69 uşaq dünyaya gətirdi. Bunların 16-sında ekiz, 7-sində üçüz, 4-ündə isə dördüz dünyaya gətirib.
 
Avstraliyalı Les Stewart 16 ildir yazıcı maşının qabağında oturur və tez-tez rəqəmlər yazır. Heç durmadan 1-dən 1 milyona qədər rəqəmləri yazır və bu günə qədər 19990 kağız işlədir, eyni zamanda 7 yazıcı maşını da xarab edir.
 
İngilis Kevin Thackwell evinin çölünü 20 milyon ədəd şpilka ilə bağladı. O sarı və yaşıl şpilkaları yapışdırmaq üçün 2 ton yapışdırıcı işlədib.
 
Alman Heino Monster Dünyanın ən kiçik jurnalını çap edir. Məhəllə dediqodularını yazdığı həftəlik jurnal 3.5x2 sm boylarındadır.
 
Braziliyalı şagird Tobiaz Couso məktəbdə bir həftə ərzində fərqli səbəblərdən 120 dostunu döyür. Həm də bu səbəbdən 20 məktəb dəyişdirməli olub.
 
Şokolad həvəskarı Amerikalı Fiona Kingsten dünyanın 4 bir tərəfindən 2000 növdə şokolad toplayıb. 30 ildir şokolad toplayan qadın şokoladlar qurdlanmasın deyə onlara diqqət yetirir.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 1 846
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri