Bizimlə niyə rusca danışırsınız?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 907
Səs ver:
(səs: 1)

- Salam.
- Zdravstvuyte.
- Çay var?
- Net. Çay netu.
- Bəs kofe?
- Da, kofe yest.

... Belə dialoqlarla yəqin ki, çox rastlaşırsınız. Özəlliklə də şəhərin mərkəzində kafelərdə, mağazalarda və başqa məkanlarda.

Biz öz istəyimizi azərbaycanca dilə gətiririk. Onlar rusca cavab verirlər. Biz yenə öz ana dilimizdə danışırıq. Onlar yenə rusca cavab verirlər.

Bura Azərbaycan deyilmi? Mənim ölkəmin ana dili Azərbaycan dili deyilmi?

Yenə öz doğma şəhərimdə azərbaycanlı xidmətçilər, satıcılar mənimlə rusca danışmalıdır?

Səbəb nədir?

Bəlkə azərbaycanca danışmaq "çuşkalıqdır"? Nə vaxta qədər?

Bunu faşizm kimi başa düşməyin. Millətçilik duyğularından da uzağam.

Mən sadəcə öz dilimə, öz ölkəmə, öz milliyətimə öz ölkəmdə sayğı görmək istəyirəm...

Təsəvvür edin ki, Türkiyədə bir kafedə xidmətçi bir türk müştəri ilə almanca, ingiliscə danışır... Və yaxud Rusiyada... Və yaxud Gürcüstanda gürcü gürcüylə rusca danışır...

Belə adamlarla mübarizə aparmağın bir yolu var: onlarla heç vaxt rusca danışmamaq. Onlara həmişə azərbaycanca cavab vermək lazımdır ki, ana dilimizdə danışmağa özlərini məcbur bilsinlər.

P.S. Lütfən "Bu, rus dilini bilməməkdən irəli gələn kompleksdir" kimi şablon arqument gətirməyin. Çünki bu, tamamilə yalnış arqumentdir.

  

Elmin Həsənli

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri