Qadınlarda kişiləri qıcıqlandıran 7 səbəb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 651
Səs ver:
(səs: 1)

alt

Kişilər öz aralarında nədən danışır marağı, demək olar,
hər bir qadının ürəyində keçir. Şübhəsiz, onlar bizi sevir, lakin kişilər və qadınlar - iki fərqli cins nümayəndələri olduğuna görə tez tez bir birini başa düşmürlər. Kişilər bizi - hər yerə atılmış çirkli corablarıyla əsəbləşdirir, biz onları - bütün günü dükanları gəzməyimizlə.

Gəlin, axırdan başlayaq:


Qadın digər qadınları tənqid edəndə
Əksər qadınların digər zərif cinsin nümayəndələrinə kompliment edə bilməməyi kişiləri çox təəcübləndirir. Onlar bir birilərin "sümüklərini yuyub, sərir", gözləriylə çəkidən tutmuş saç düzümünə qədər hər şeyi müzakirə edirlər. Yalnız qadın digər xanımın geyindiyi ayaqqabıları ilə çantasının uyğun gəlmədiyinə fikir verə bilər.

Xoşbəxlikdən bəzi xanımlar bu mövzuda olduqca çox sakitdilər. Onlar digər xanımların da gözəl və cəlbedici olduqlarını qeyd edə bilərlər. Lakin belələri olduqca azdı.

Qadın qısqananda
Kişinin sevdiyi qadının yanında başqa xanımın adının çəkməyi onun üçün çox dəhşətli bir sonluqla nəticələnə bilər.

Bir çox qadınlar hər şeyə, xüsudən də kişilərin sədaqətliyinə şübhə ilə yanaşırlar. Məhz buna görə qadınlar yanlarından ötən
xarici görünüşündən və bədən quruluşundan asılı olmayaraq hər hansı xanımı görəndə - daxilində gərginlik keçirir.

Qadın daima köməyə ehtiyacı olanda
Bəzi qadınlar kişilərin hər dəqiqə onları dəstəkləməyini, qucaqlamağını, öpməyini, onlara sənin xüsusi və təkrarolunmaz olduğunu deməyini istərlər. Bu cür qadınlar kişilərə emosional dəstək kimi baxırlar, onlardan daima mənəvi, psixoloji və emosional dəstək gözləyirlər.

Qadınlar tapmaca ilə danışanda
Dünyanın ən məşhur "nədən düşünürsən"
sualı qadınların öz kişilərini yoxlayaraq onların həqiqi hisslərini və düşüncələrini öyrənməyə çalışmağın bariz nümunəsi hesab olunur. Qadınlar qəribə, abstrak suallar verirlər ki, bu da kişilərdə qıcıq oyatmaqdan başqa bir işə yaramır.

Qadın həddən artıq özünü emosional aparanda
Qadın hər hansı bir səbəbdən ağlaya bilər: qəmli sonluqla bitən filmə görə (hətta xoşbəxt sonluqla bitən), qırılan dırnağına görə. Kişi isə bu zamanda heç də sevmədikləri "təskinlik verən" rolunu boyunlarına götürürlər.

Qadın uzun müddət mağazaları gəzəndə
Kişilərin fikrinə görə, iş şopingə çatanda qadınlar istətikləri bütün palarları geyib baxmaq üçün onlara sadəcə olaraq sutkanın 24 saatı kifayət etmir. Qadınlar yemək, su və digər zəruri işlər barəsində düşünmədən saatlarca ayaqqabı mağazasında vaxt keçirə bilərlər.

Ən dəhşətlisi ondandı ki - qadınlar özləri ilə kişiləri götürür! Ta ki sevdiyi qadın hər bir koftanı gözdən keçirənə qədər onlar biçarə olaraq olaraq irəli-geri, irəli-geri boş-boş gəzirlər.

Qadın daima uzun uzun "çənə vuranda"
Bir çox kişilər qeyd edirlər ki, qadınlar onlara verilən "işlərin necədi??" sualına 45 dəqiqə danışa bilərlər.
Bu, heç də o demək deyil ki, kişilər onların "ikinci yarılarının" nə danışdıqları veclərinə deyil, sadəcə onlar qadınların sonsu bitməyən və bəzən mənasız olan detallara diqqət yetirmək istəmirlər.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 651
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri