Deja Vu

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 216
Səs ver:
(səs: 1)
alt

Deja vu! Kiminə görə zaman qırılması kiminə görə beynin eyni mesajı qısa müddətdə iki dəfə göndərməsi! Yəni ağlın oyunu!
Əlbəttə işin kefli tərəfi daha əvvəl bu həyata gəldiyimiz və "Allahım, mənə itən illərimi geri ver"
şəklində dua edib qəbul görərək hər şeyi yenidən yaşamağımızdır.
Ancaq bu söylədiyim heç bir elmi dəlilə söykənməyib yalnız mənim təxəyyülümdən meydana gəlməkdədir.
Belə olduğunu qəbul etsək; eyni səhvləri etməyə davam edə bilərikmi?
Eyni axmaq sevgi yanılmalarını təkrar yaşamağımız və ya eyni əzab verən adama aşiq olmağımız mümkündürmü?
Həyatın ortasında bir yerdə çox böhrana düşdüyümüz və özümüzü çıxılmaz vəziyyətdə hiss etdiyimiz bir anda ürəkdən bir dua edib qəbul olunduğunu gördüksə?
Bizə dərhal Matrix kimi mavi və qırmızı həbi uzatdılarsa biz də bütün yaddaşımızı qaytarıb təkrar dünyaya gəldiksə və Deja vu silinmiş xatirə parçalarından bir neçə saniyədirsə!
Mövzunu dinə fəlsəfəyə metafizikaya bağlayıb aşağıdakı şərh qisminə müdrik tərəfindən sözlər yazmaq istəyən yoldaşlar üçün söyləyirəm: Heç o topa girməyin! Çünki burada bir mövzu müzakirə etmirəm. Yalnız inandığım şeydən bəhs edirəm. Siz inanmaqda və ya inanmamaqda azadsınız.
Hiss etdiyim budur ki, mən artıq bu dünyaya çox gəldim. Bunu kim bilər neçənci həyatımdır? Və çox sıxıldım! Yuxarıya yazılı ərizə verirəm hətta bu yazını ərizə yerinə təqdim edirəm. Lütfən məni başqa bir yerə verin. Bu oyunun başqa bir səviyyəsi yoxdurmu?
Alternativ kainatlar və həyat formaları tələb edirəm. Yox bu gəldiyimiz son nöqtədirsə istefa verirəm! Mənə təcili bir çıxış yolu xəritəsi göndərin ağ dovşanı izləmək istəyirəm. Mən qırmızı həbi içib bu similasiyadan çıxmaq istəyirəm.
Bu neçənci həyatdır, yaşa yaşa bitmir! Haa, təbii ki, medalın başqa bir üzü var. Hər gələndə eyni şərtləri təmin edirsinizsə və mən eyni səhvləri etməyə davam edirəmsə; həmişə eyni seçimləri edir eyni adamlarla evlənir, eyni adamlara aşiq olur, ömrümü eşq üçün xərcləməyə davam edirəmsə sonsuza qədər qoyun mənə cəza olsun!
Bunlar səhv gələ bilər, onsuz da bir az çox xəyal gücü olduğunu qəbul edirəm, amma bəs olsa?
Eyni səhvləri təkrar edərdikmi?
Məsələn 50 yaşında olsanız və sizə belə bir şans verilsə "yenidən doğulacaqsan amma bu həyata aid heç bir şey xatırlamayacaqsan" deyilsə təkrar eyni yoldan gedərdinizmi?
Yoxsa daha az səhv edərdiniz?
Siz yenə də bunu düşünün: İndi sizə eyni həyatı silib başdan həyat şansı versəydilər eyni səhvləri edərdinizmi?
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 216
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri