Azərbaycanlı kişi facebookda elan verdi: “ Həyat yoldaşım məni evləndirmək istəyir”

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 710
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-01-25/1327484545-435.jpg

Fakto.info xəbər agentlyi Lent.az-a istinadən xəbər verir ki, bu gün sosial şəbəkələrdə maraqlı bir elan yayılıb. Bu elan evlənmək istəyi ilə elanların verildiyi saytların birində yer alıb. Elanın məzmunu belədir: "Hörmətli düzlüyü sevən xanımlar! Mən evlənmək məqsədi ilə özümə daimi ömür-gün yoldaşı axtarıram, tam sağlam, mehriban, əlləri düz, uşaqsız, insana can yandıran, böyüklərə hörmət edən və yaşadığı evdə səliqə-səhman yaradan 35 yaşından 40 yaşına kimi, həyalı və abırlı xanım axtarıram.
Özüm imkanlıyam, hökumət vəzifəsində çalışmışam, Bakı şəhərində 5-otaqlı özəlləşdirilmiş, öz adıma evlərim var, indiyə kimi heç vaxt xəstələnməmişəm, çünki, bütün zərərli vərdişlərdən həmişə uzaq olmuşam, həyat yoldaşım ilə 35-40 ilə yaxındır bir yerdə yaşayırıq, aramızda heç vaxt dava-dalaş olmamışdır, yoldaşım yaşlı olduğuna görə evimizə və mənə baxa bilmir, ikimizin razılığı ilə bu məsələni həll etmək istəyirik, yazılan şərtlərlə xanımlar ..... (telefon nömrəsi yazılıb-red) ev telefonuna zəng edə bilərlər. Zəng edən xanımlar heç zaman peşman olmazlar. Xahiş edirəm, uşaqlılar və razı olmayanlar zəng etməsinlər. 8 ildir həyat yoldaşımla ayrı-ayrı otaqlarda yaşayırıq."

P.S. Bunun heç bir şərhi yoxdur.....

 

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 710
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri