Məntiqi məsələlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 4 148
Səs ver:
(səs: 2)
1.İki şəxs çaya yaxınlaşır. Çayın sahilində qayıq var və o yalnız 1 şəxsi daşımaq iqtidarındadır. Hər iki şəxs qayığa minərək çayın digər sahilinə keçir. Necə?

2. Şerlok Holms küçə ilə gedirdi və birdən küçədə yerdə uzanmış ölü qadın görür. O qadına yaxınlaşır, çantasını açır və telefonunu çıxarır. O telefonda qadının ərinin nömrəsini taparaq zəng edir:
-Təcili olaraq bura gəlin. Həyat yoldaşınız qətlə yetirilib. Bir müddət keçdikdən sonra kişi gəlir, qadına baxır və deyir:
-Əzizim, səninlə nə baş verib?!
Bu zaman polis hadisə yerinə yaxınlaşır. Şerlok barmağı ilə kişini göstərərək deyir:
-Bu kişini həbs edin. Qatil odur. Sual: Şerlok Holms nəyə görə belə düşünürdü?

3. Atın digər atın üzərindən atladığı hadisə harada baş verir?

4. Masanın üzərində bir banka var. Onun yarısı masanın üzərində, yarısı isə havadadır. Yarım saatdan sonra bankanın yerə düşəcəyini nəzərə alsaq, onun içərisindəki nədir? Və nəyə görə?

5. Bir kişi dənizdə fırtınaya düşür və fırtına onu yalnız qadınların yaşadığı adaya aparır. O səhər ayıldıqda kəndirlərlə bərk-bərk bağlandığını görür və tezliklə onu öldürəcəklərini anlayır. O son sözünü demək haqqını tələb edir. O son sözünü dedikdən sonra qadınlar onu sərbəst buraxır, ona qayıq, qida və su verərək yola salırlar. O nə demişdi?

6. Hündürlüyü 3 metr, uzunluğu 20 metr, çəkisi isə 3 ton olan beton divar var. Heç bir köməkçi vasitə və alət olmadan həmin divarı necə yıxmaq olar?

7. Ata iki oğlu ilə birlikdə ova yollanır. Ovda onların qarşısına çay və onun üzərində qayıq çıxır. Qayıq ya atanı tək, ya da iki qardaşı birlikdə daşıya bilər. Ata və oğullar digər sahilə necə gedə bilərlər?
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 148
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri