Körpələr haqqında maraqlı faktlar

Müəllif: ulduz
Şərhlər: 7
Baxılıb: 5 804
Səs ver:
(səs: 3)
- Dünyada hər 3 saniyədə bir körpə dünyaya gəlir.

- Dünyada ən ağır çəkiyə sahib körpə 1955-ci ildə Italiyada dünyaya gəlib. Körpənin çəkisi 10.2 kiloqram olub.

- Yetkin insanın bədənində 100 milyondan çox bakteriya olduğu halda, yeni dünyaya göz açmış körpədə bu rəqəm 0-dır.

- Körpələrin, orta yaşlı insanlardan 60 ədəd daha çox sümüyü var.

- Yeni dünyaya gəlmiş körpənin bədənində sadəcə olaraq, 200 qr qan olur.

- Körpələr, anadan olduqdan sonra 3 ay ətrafı ağ-qara olaraq görürlər.

- Körpələr, yetkin insandan fərqli olaraq, 7 ayına kimi, eyni vaxtda həm nəfəs ala bilir, həm də ki, udquna bilirlər.

- Araşdırmalara görə, vaxtından tez dünyaya gələn körpələr, gələcəkdə solaxay olur.

- Körpələrin analizatorları, yetkin insandan 4 dəfə daha aktiv işləyir. Lakin, körpələr, 4 ayına qədər duzlu yeməkləri seçə bilmirlər.

- Körpənin gözləri, yetkin insanın gözlərindən 70%-ə qədər kiçikdir.

- Antraktidada ilk körpə 1978-ci ildə dünyaya gəlib.

- Körpələr 1 yaşına qədər, sağ çiyinləri üstündə yatmağa daha çox üstünlük verirlər.

- Dünyada, ən çox əkiz Nigeriyada olur. Belə ki, hər 22 hamiləlikdən biri əkiz olur. Lakin dünyada ən az əkiz Yaponiyada olur. 

- Körpələr dünyaya gələndə, diz qapaqları olmur. Diz qapığı körpədə 6 ayında formalaşır.

- Kembiric universitetinin araşdırmasına görə, körpələr qadın səsini, kişi səsindən daha yaxşı qəbul edirlər.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 5 804
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri