Boyu həyat yoldaşından balaca olan məşhur kişilər - Siyahı

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 3 575
Səs ver:
(səs: 1)
Keçmişdə qadınların gələcək ərlərini hündürboylu təsəvvür etməsi artıq tarixə qovuşub.

Müasir dövrdə boyun heç bir əhəmiyyətinin olmadığını göstərən çoxlu nümunələr var. Belə cütlüklərə məşhurlar arasında da rast gəlmək mümkündür.

Avril Lavinin keçmiş həyat yoldaşı Derk Uibli bir müddətdir birlikdə olduğu model Ariana Kuper ilə bu yaxınlarda evlənib. Uiblinin boyu 163, həyat yoldaşının isə 173 santimetrdir.

 

Aralarındakı boy fərqini veclərinə almayan, amma hər zaman buna görə diqqət çəkən cütlüklərdən biri də Ceymi Kullumla (163) Sofi Dahldır (180).

 

Keçmiş musiqiçi Od Styuartın (160) model həyat yoldaşının boyu 180 santimetrdir.

 

Tom Kruz da hər zaman özündən hündür qadınlarla evlənib. Aktyorun boyu 172 santimetrdir. keçmiş həyat yoldaşlarından biri Nikol Kidman isə 180 santimetrdən daha hündür idi

 

Kruzun bir müddət əvvəl boşandığı Keti Holms da aktyordan az da olsa hündür idi. 175 santimetr boyu olan aktrisa dikdaban ayaqqabl geyinəndə bu fərq bariz görünürdü.

 

Set Qrin (160 sm) də həyat yoldaşı Kler Qrantdan (180 sm) gözəçarpacaq dərəcədə balacadır.

 

Rejissor Roman Polanski ilə həyat yoldaşı Emmanuelle Seigner arasında da boy fərqi diqqət çəkir. E.Seignerin boyu 180, Polanski isə 163 santimetrdir. Lakin bu onların xoşbəxt olmasına mane olmur. Polanski 82, Seigner isə 49 yaşındadır.

 

Formula 1-in rəhbəri Berni Ekklestounun keçmiş həyat yoldaşı Slavika Radik 188 santimetr hündürlükdədir. İş adamının boyu isə 159 santimetr idi.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 3 575
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri