"Cənnətdə terror aksiyası" kitabından seçmələr

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 164
Səs ver:
(səs: 2)

Bizim kədərimiz də yerdədir,sevgimiz də

Bzim göydə heç nəyimiz,heç kimimiz yoxdur.


İnsanlar saraylarda bir cür,komalarda başqa cür düşünürlər.


"İnsanlar Allaha inanmaq əvəzinə,ondan qorxurlar”


Zəhmət haqqı ümüdünə yaşansaydı,insan hələ də əlində nizə daş dövründə veyillənirdi.


Azərbaycanda allaha olan sevgi ev-eşik,məişət sevgisi,

Qorxu isə arvad-uşağın dolanışıq qorxaqlığı həddindədir.


"Dünya elə kiçikdi ki

Bir yetimin yaşamağa yeri yoxdur

dünya elə böyükdür ki

Adamları basdırırıq neçə vaxtdır”


Bütün bu işgəncələrə,təhqirlərə baxmayaraq  əliçubuqlu sovet təhhsil sistemi səkkiz illik məktəb həyatında ona Səməd Vurğun`un "Azərbaycan” şerinin bir bəndindən və üç-dörd əyri-üyrü hərfdən,rəqəmdən savayı heç nə öyrədə bilmədi.


Fahişə olan fahişənin hamıya satdığı görünən bədəni deyil,heç kimə satmadığı görünməyən ruhudur.


Xalqın gücü tarixində,insanın gücü yaddaşındadır.


Bizim ölkədə xanəndəliklə mollalıq arasında elə də böyük fərq yoxdur.Biri dirinin arxasınca zırıldamaqdadır,o biri ölünün.

Eyni şeyi xanəndə öz dilimizdə oxuyur,molla ərəb dilində.

Adəm gizli yolla cənnətə qayıtmışdı və qorxurdu ki,kimsə onu tanıyıb allaha xəbər verəcək.


Qəribə adamları var bu şəhərin,hammı yanından ötənin əvvəlcə üzünə,sonra isə çevrilib dalına baxır.Kimi axtarır bu insan kütləsi?Doğmalarınımı,Düşmənlərinimi?


Cənnətlə cəhənnəmin arasında avaralanan,allahın da , şeytanın da unutduğu bir adam.


Bizim ölkədə kişilərlə qadınlar ancaq yataqda,yorğan-döşəkdə can-ciyər olurlar,o da qurşaqdanaşağı.


Azərbaycanda on il siyasi boşboğazlığı ilə millətin beynini qurutmuş adam,bir günün içində məşhur "Keçi” şerində deyildiyi kimi "çoban açınca gözün,dönüb olur şoumen,efir tamadası, başlayır 50 milyonluq dünya Azərbaycanlılarının qarşısında göbək atmağa.

Səhər yeməyini kafir,Ateist kimi yeyən,günorta süfrəsinə "bismillah” deyib,hacı libasında əyləşir.

Axşam sağçı kimi yuxuya gedən,yuxudan solçu kimi oyanır,Nə isə,babalı öz boyunlarına.


İki bədbəxt,bir yerdə xoşbəxtdir.


Milli mətbəximizin ən seksual yeməyi küftədir,dovğa bütün yağlı yeməklərlə "gəzdiyi” üçün mətbəximizin fahişəsi göstərildi.


Müqəddəslik,elə yalan-palanı ört-basdır etmək üçündür.


Diriliyində,bəlkə də qara qəpiklik dəyəri olmayan adamlar,öldükdən sonra dirilərə ətək-ətək qazanc gətirirlər.


Konsert zallarında hər sıranın öz qiyməti olduğu kimi,qəbristanlıqlarda da hər sıradakı qəbrin öz qiyməti var.


Varılar dinə və ənənələrə dayanıb diyirlər ki,onları allah varlı yarardıb,heç kim özbaşına varlana bilməz.Kasıblar da inanırdılar ki,onlar allahın iradəsinə görə kasıb yaradılıblar və bunda varlıların heç bir günahı yoxdur.


Dindarlığın təsdiqi üçün hər bir dindara allah qədər şeytan da lazımdır.Çünkü dindarların allahı şeytanla mübarizədə mövcuddur.Şeytanı olmayan allah,düşməni olmayan cəngavər kimi bir şeydir.


Nə qədər acı səslənsə də,biz bir xalq olaraq indi yiyəlik etdiyimiz Nizami Gəncəviyə görə farsın şahına,Məhəmməd Füzuliyə görə ərəbin qəbrinə,Mirzə Fətəli Axundzadəyə görə isə rusun çarına borcluyuq.


Ay yazıqlar,insanın əsl qatili heç vaxt tapılmır,qeyibdən gəlib işini görür,sonra da ərşə çəkilir,tapılanlar isə həqiqi qatillər deyil.


Halal fahişə,halal kolbasa,əzl müsəlman həyatı.

Yazar : Aqşin Yenisey

(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 164
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri