Mənim ölkəm

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 743
Səs ver:
(səs: 3)
Mənim ölkəm dünyada  ən zengin ölkələrdəndir.Torpağınınaltı-üstü bir xəzinədir.Uşaq vaxtı yadımdadır inşalarda yazırdıq"Ağ qizil” "Qara qızıl” ından :)Qəhrəmanlarından,dahilərindən,mübarizələrindən,mehriban-zəhmətkeş insanlarından,sürətli inkişafından, və sairə və ilaxır.Amma böyüdükcə gördük ki,bir şeylər yolundagetmir.Sanki nəsə səhv idi.Biz  bu qızıldan heçnə almırdıq.Dərsə pis gündə olan ayaqqabı ilə gedib inkişafdan danışırdıq,müəlimə dilənçi maaşına dözüb hər şeyin yaxşı olacağını deyirdi,tarixdən danışıb tarixi yazanların adini çəkmirdik.Hər zaman adını qururla çəkdiyimiz zəhmtkeş,mehriban,mübariz millətimiz ancaq çörək dalınca qaçan "qara camaat” a çevrilmişdi.Və ölkəmiz.Gördük ki,ölkəmiz çoxdan dəyişdirilib,formasını,mahiyyətini çoxdan itirib.Biz isə susurduq.Çünki bizə belə öyrədilmişdi.Görmə,eşitmə,bilmə,danişma,fikirləşmə.Və döz,boyun əy,hər şey yaxşıdır de.Və qarşi çıxma,sus,danışma,qəbul elə,müdaxilə etmə.Haqqını istəmə.Vətəndaş olma…Və bunlarla razılaşmırsansa çıx get bu ölkədən.Onsuz hamı gedir axı.Ancaq niyə?!Axı bura mənim ölkəmdir.Mənim vətənim.Mənim taleyim.Yaxşısı ilə pisi ilə mənim Azərbaycanım.Bizdən evvəl ki,nəsil yoxdan bir bayraq yaratmışdı.Bəs biz,biz nə yarada bildik? Sovetləri öz qanları bahasına yıxanlar bunu bütöv,güclü bir ölkə üçün etmişdilər.Daha yaxşı yaşamaq üçün,övladları daha yaxşı təhsil alsınlar deyə.20 ildir işğalda torpaqlar qalsın deyə yox.Qara camaat olmaq üçün,ya da təhsildə rüşvətlə mübarizə aparmaq üçün yox…Və bu sözləri yazdıq deyə bizi gözügötürməyən hətta xaində adlandıracaqlar.Ancaq xainin kim olduğu tarix göstərəcək.Fikirlərinə görə insanları təqib edə bilər,həbs edə hətta öldürədə bilərlər.Ancaq bu fikirləri heş vaxt zindanlara sala bilməz,öldürə bilməzlər.Və bu fikirlər haqq yerini tapincaya qədər yaşayacaq.Fərqi beynlərdə,qəlblərdə olsa belə…

Orxan Əhmədsoy
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 1 743
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri