Balaca evim...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 3 466
Səs ver:
(səs: 1)
Balaca evim...

Kiçik bir ev xəyal etdim.
İçində sən və mən.
Və geriyə qalmış ümidlərimiz.
İncimiş ürəklərimizin narahatlığı çatlaq dodaqlarımızda.
Məsud anları dadmağa könüllü yorğun ürəklərimiz dayanılma arzusunda.


Balaca evim...

Sonra xəyalimdə bir kəpənək gördüm.
Pəncərəsinə quşların sevgi buraxdığı evimizdə bir kiçik kəpənək.
Qısa ömrünə inad böyük xoşbəxtlikləri həyata həvəsində.
Sənin sevdiyin əşyalara rənglərindən buraxarkən, tükənməsinin o da fərqində.


Balaca evim...

Sonra bir mən xəyal etdim ki; soruşma.
Mən aşarkən gerçəkləri uğrunda, rast gəldiyim gerçəklər canımı ağrıtsa da;
yerə düşən hər damla qanımla daha da bərkidim o yolda.
Soruşma…
Sən varsan axı o yolun sonunda.
Gerisi boş. Gerisi detal….


Balaca evim...

Xəyalimdəki sən dünyaları o kiçik evə
sığdırmaq istəyən bir dəlilikdə.
Sən var idin ya o xəyalin içində.


Balaca evim...

Kəpənək rənglər qaranlığa dönərkən hər şey dayandı birdən.
Mənsə xəyallardan sıyrıldım birdən.
Gerçəklərimə dönmənin hüznü ilə saata uzandım.
Saat gecə yarısını çoxdan keçmiş idi.
Əlim telefona getdi. Buraxdım toxuna bilmədən düymələrə.
Qalsın eləcə gecə və hüzn.
Qalsın yerində ev və kəpənək.
Yaxşı gecələr sənə də xəyallarımın "sən"i…
 

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 3 466
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri