Ürəyinin səsini eşitmək istəyirəm...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 725
Səs ver:
(səs: 0)
alt

Gecənin qaranlığı... Otaqda 2 nəfər. Pəncərədən ay işığı gülümsəyərək nur işığını paylayır. Bu işıq içərisində maraqla kölgələr rəqs edir. Hə, hə, yanılmadınız, maraqla, sevgi ilə, ehtirasla rəqs edən kölgələr. 

Sanki günəşin çıxmağından, bir - birilərindən ayrı düşməkdən, bu rəqsin daha tez bitməsindən qorxurlar bu kölgələr. Axı gecələr kölgələrimizlə yanaşı ruhumuz da azad olur. Bütün mənfi insanların aurasından lazımsız söhbətlərdən, qayğılardan…

Yalnız gecə otağa qonaq olanda kölgələr ruhu tərk edib bir - birinə qarşı gedirlər. Bəzən ay bu kölgələrə baxıb utandığından buludlarla üzünü gizlədir. Ancaq bu kölgələr heç nədən utanmırlar. Axı onlar daxilən sərbəstdir. Vəhşi, ehtiras dolu hisslər o qədər cilovdan çıxırlar ki, onlar nə ayın utanmasına, nə də buludlara fikir vermirlər. 

Onları yalnız bir şey maraqlandırır. Nəfəslərinin, həyəcanla döyünən ürəklərinin səsini eşitmək. Bu səs gah artır, gah da lal, təmiz su kimi sakitləşir. Səs sakitləşdikcə kölgələrin də forması dəyişilir, yeni bir formaya keçməyə hazırlaşır. 

Bu zaman yorğun, amma hələ də rəqslərindən doymayan kölgələrə sanki yeni bir ruh gəlir. Bu ruhda vəhşi ehtiraslar deyil, incə, səmimi sevgi gizlənib! Bunu 2-ci kölgənin nəvazişində, hərəkətlərində, ürək döyüntüsündə hiss etmək olar. 

Birinci kölgə bu nəvazişin qarşısında özünü yeni yaranan nəfəs kimi hiss edir. Sanki bu hərəkətlər onun kölgəsinə yeni bir işıq bəxş edir. Daha dəqiq, bu işıq eşqdən yarandığı üçün buna həyat eşqi də demək olar. Kölgələrin sevgi, ehtiras, bəzi məqamlarda sevinc, göz yaşları ilə davam edən rəqsləri şərqə tərəf yönəldikcə yavaş - yavaş dayanmağa başlayır. 

Çünki qərbdən, buludların arxasından boylanan ay məcburən günəşin çıxması qarşısında öz acizliyini göstərir. Günəş öz şəfəqləri ilə yeni həyatın, günün əsasını qoyur. Elə kölgələr də gecədən davam edən rəqsləri ilə yeni həyatın yaranmasına yardımçı olurlar! 

Kölgələr gizlənirlər, amma həmişəlik yox. Gecəyə qədər. Onlar səbirsizliklə ayın çıxmasını və yeni rəqslərinin vaxtını gözləyirlər!

mənbə: Kulis  [Zəhra Rüstəmova]
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 725
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri