Virtual tanışlıq və bu tanışlığın evliliklə nəticələnməsi ilə bağlı son vaxtlar çox eşidirik. Bu evliliklərin bəziləri normal qaydada davam edir, bəziləri isə qısa müddətdən sonra dağılır. Maraqlıdır, bir çoxumuzun ittiham etdiyi kimi, virtual məkan tanışlığı evliliyin təməl daşını sarsıdırmı? Yaxud, insanlar evliliyini qoruya bilməyəndə günahı virtual tanışlıqda görürlər? Bu dəfə virtual tanışlıqların nəticəsində qurulan evliliklərdən yazırıq.