Dişlərimizi hər gün nəcislə fırçalayırmışıq

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 2 719
Səs ver:
(səs: 1)
ABŞ-da aparılan bir araşdırmanın nəticələrinə əsasən, diş fırçalarına nəcis bulaşır.
Hər gün istifadə etdiyiniz diş fırçasının necə hazırlandığı barədə düşünmüş ola bilərsiniz, amma dişlərinizi başqasının nəcisi ilə fırçaladığınız fikri qətiyyən ağlınıza gəlməyib.
Qulağa çox qəribə və ürəkbulandırıcı gəlsə də, ABŞ-da Quinnipiac Universitesi tərəfindən aparılan araşdırma milyonlarla insanın hər gün dişlərini başqalarının nəcisi ilə fırçaladığını aşkara çıxarıb.
Bu təəccübləndirici reallıq orta hesabla 9.4 insan tərəfindən ortaq istifadə olunan hamamlardakı nəcis orqanizmlərinin yayılmasının araşdırılması zamanı ortaya çıxıb. Daily Mail-də dərc olunan xəbərə əsasən, araşdırma nəticəsində insan nəcisində mövcud olan çubuq şəklindəki nəcis orqanizmlərinin sifon çəkildiyi an hava yolu ilə diş fırçalarına bulaşdığı öyrənilib.

Diş fırçalarının ən az 60 faizi çirklənir
Araşdırılan diş fırçalarının ortaq istifadə olunan hamamlardan götürüldüyü araşdırmada hansı üsulda saxlanmasından asılı olmayaraq diş fırçalarının ən az 60 faizinin çirkləndiyi nəticəsinə gəlinib.
Sözügedən araşdırma ortaq istifadə olunan hamamlarda olan diş fırçalarına nəciz orqanizmlərinin bulaşma ehtimalının 80 faiz olduğunu göstərib. Həmçinin diş fırçası qabından istifadə etmək də bakteriyaların törəməsinin qarşısını ala bilmir, hətta bakteriyaların törəməsi üçün daha əlverişli müit yaradır.
Bu səbəblə də diş fırçaları Hepatit kimi bir çox xəstəliyin yayılmasına səbəb ola bilir.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 719
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri