Neçə-neçə Azərbaycan vətəndaşının ürəyi doğulmadan, elə ana bətnində dayanır.
Özü
də onların ölümünə qərar verənlər özgələri yox, elə doğma ana - ataları
olub. Söhbət hamiləliyin süni surətdə pozulmasından-abortdan gedir.
Abort zamanı baş verən bu faciənin daha da ağırlaşması ana bətnində olan uşağın əslində ağrıları da hiss etməsidir!
Bu
artıq qəbul olunmuş və sübut olunmuş elmi bir faktdır. Artıq 7-ci
həftəsində uşaq başını ağrı olan tərəfdən kənara qaçırır və ya yana
çevirir (həyatının digər dövrlərində olduğu kimi)...
Bəzən
analar istəməsə belə kişilərin günahı ucbatından övladının ölməsinə,
abort olunmasına göz yumur. Bu yazını bir uşağın dilindən yazıram.
Oxuyun görün övladlarınız sizin hər bir hissinizi necə hiss edir və əzab
çəkir.
"Göyün
dərinliklərində ağ-appaq bir dünya vardı. Bu dünyada pambıq kimi yumşaq
buludların üstündə balaca, qəşəng evlər vardı. Bu evlərdə şipşirin
körpələr yaşayırdı. Onların yarısından çoxu dünyada abort edilib,
qalanları isə dünyaya gəlməyə hazırlaşırdılar. Hər tərəfi təravətli
həyat qoxan, körpə qoxusu bürümüşdü. Onların qığıltıları səsləri, məsum
gülüşləri hər tərəfə yayılmışdı. Körpələr buludların üzərində
oturduqları anda birdən uzaqdan buludlara tərəf uzanan yolda balaca lap
balaca bir körpənin gəldiyini gördülər. Bu məsum heçnədən xəbəri olmayan
körpənin ayaqları, qolları yox idi. Başından isə qan axırdı. Körpə çox
yorğun və ağlamış vəziyyətdə idi. Dünyadan qayıdan bu körpə nəhayət ki,
gəlib onların yanına çatdı. Buludların üzərində oturan körpələr ondan
soruşdu: Hardan gəlirsən? Körpə köks ötürərək dedi: Dünyadan. Soruşdular
ki, niyə qayıtdın? Körpə kökrək halda dedi: Məni istəmədilər.
Soruşdular bəs ayaqlarına, qollarına nə olub? Körpə yerdə oturub
sıyrılmış boynunu yana əydi. Boynundan qan damçıları süzülərək dedi:
Atamla anam məni çağırandan sonra yerə endim. Anam mənim üçün qarnında
rahat yataq düzəltmişdi. Onun qarnında günlərim çox gözəl keçirdi. Anam
məni sığallayır, əzizləyirdi. Deyirdi ki, yolumu səbirsizliklə gözləyir,
məni çox lap çox istəyir. Anama güvənirdim, onun qarnında xoşbəxt
yaşayırdım. Atam da məni çox sevirdi. Anamın qarnını öpüb, bu sonsuz
sevgiyə görə məni kövrəldirdirdi. Mən ümidli idim. İşıqlığa çıxandan
sonra onların ağıllı balası olacaqdım, onlar həmişə mənimlə fəxr
edəcəkdirlər. Böyüyüb anamın arzuladığı yerlərdə olacaqdım. Axı onun
mənim üçün xəyalları həddən artıq çox idi. Mən insanları, ailəmi çox
sevəcəkdim, anam kimi. Bütün bunları həyata keçirtmək üçün çox
tələsirdim. Amma bir gün o an gəldi və atam anamla mübahisə etdikdən
sonra atam anamın qarnına (yəni mənə) bir təpik vurdu. Anam mənim üçün
çox qorxurdu. Anamın içinə axıtdığı göz yaşları mənim üstümə töküldü. Az
qala boğulacaqdım. Artıq atamdan ayrılmışdılar. Həm ayrılmağının həm də
mənim gələcəyim haqqında fikirləşirdi. Məni necə tək böyüdəcəyini
fikirləşirdi. Amma mənim olmağımı da səbrsizliklə gözləyirdi. Mənim üçün
həyatdan daha da bərk yapışmışdı. Sonra məndə ağladım. Çünki atamın
vurduğu təpikdən sonra artıq həyatda qala bilmirdim. Sonra anam məni
qarnında hiss etmədikdən sonra həkimə getdi və mənim artıq ölmək üzərə
olduğumu bildi. Yalvarıb onu səslədim, daha ağlama dedim. Məni
eşitmirdi. Büzüşüb, soyuqdan tir-tir əsirdim. Səhəri gün, anamın dünyaya
gəldiyi gün məni onun qarnından çıxartmaq üçün əməliyyat otağına
apardılar. Cansız bədənimi, birinci ayaqlarımı, sonra isə qollarımı
kəsdilər. Təkcə anamın qarnından çıxarıldıqdan sonra, onun dərindən ah
çəkdiyini eşitdim. Bir də məni doğrayan cəllad cərrahın son sözlərini
eşitdim: Üzülmə qızım, hələ cavansan bir də olar. Nənəm əlləri ilə məni
anamın doğulduğu gün qəbrə qoydu...
Körpələr
onu dinləyib kədərləndirlər. Bu zaman saçları qıvrım, yanaqları toppuş,
bapbalaca körpə qızlardan biri ayağa durub, dedi: Bacılar, qardaşlar
mən artıq getməliyəm, salamat qalın. Bunu eşidən abort edilmiş körpələr
ağlıyaraq getmə, insanlar səni də öldürəcək dedilər..."