Rahat yuxu üçün otaq tempraturunu belə müəyyən edin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 667
Səs ver:
(səs: 0)
Yatdığımız otağın havası yuxunun keyfiyyətinə təsir göstərən vacib şərtlərdəndir.

Rahat yuxu insan həyatının vacib amillərindəndir. Gün ərzində özünüzü necə hiss edəcəyiniz gecə yuxusundan aslıdır. Əgər gecə rahat yatmısınızsa, gün ərzidə daha gümrah görünəcəksiniz. 

Zamanımızın 1/3-ni yuxuda keçirdiyimizi düşünsək, yuxunun bir daha nə qədər vacib olduğunu anlayarsınız. Yatdığımız otağın havası yuxunun keyfiyyətinə təsir göstərən vacib şərtlərdəndir.

Qadınlar.biz sizlərə normal yuxu üçün hansı otaq tempraturunun uyğun olduğunu araşdırıb.

Müasir dövrdə insanın ən böyük problemlərindən birinin yuxusuzluq olduğunu nəzərə alsaq niyə bunun alimləri bu qədər düşündürdüyünü anlayarsınız. Araşdırmalar nəticəsində Amerikadakı insanların yüzdə 25-nin insominadan əziyyət çəkdiyi ortaya çıxıb.

Bəs dərin bir yuxuya getmək üçün yatmazdan öncə nə etmək lazımdır? Ən əsas amillərdən biri otaq tempraturuna ciddi fikir verməkdir. Doğru otaq tempraturu seçmək rahat yatmağınıza yardımçı olacaq.

Vücudunuz və beyniniz yuxuya getmək üçün özünə uyğun temperatur nizamlayır, ürək döyüntüləri, nəfəs alıb-vermə azalır, enerji minimum dərəcədə istifadə olunur. Əgər orqanizm bu temperatura uyğunlaşa bilməzsə yata bilmir və oyanır. Bu da yuxunun keyfiyyətsiz olmasına gətirib çıxarır. Alimlər rahat yuxu üçün normal otaq tempraturunun 14-18 dərəcə, nisbi rütubətin isə 40-50% arasında olmasını məsləhət görürlər.

Amma bu standart rəqəmlər də bəzən insandan aslı olaraq dəyişə bilər. Əgər həddindən artıq üşüyən birisinizsə, bu temperatur sizin üçün bir neçə dərəcə qalxa bilər. Eynilə bədən tempraturu yüksək olanlar əksini edərək bir neçə dərəcə aşağı temperaturda yata bilər. Araşdırmalar nəticəsində bütün insomina xəstələrinin əksəriyyətində bədən temperaturunun yüksək olması ortaya çıxdığından onlar üçün ideal yataq otağı temperaturu 14-18 dərəcə tövsiyə edilir.

Yatmazdan öncə isti su dolu bir şüşəni ayaq uclarınıza qoymaq qan dövranına müsbət təsir edərək beləcə bədən temperaturunun asanlıqla enməsinə yardımçı olur.

Soyuq otaqda daha dərin yuxuya getmək mümükündür ki, bu zaman vücudunuz orqanizm üçün vacib olan melotonin hormonu ifraz edir ki, bu da orqanizmə çox faydalıdır. Soyuq otaqda yatmağın digər bir faydası isə yatdıqda belə kalori itirmənizdir. İnsan bədənində olan qəhvəyi rəngli yağ toxumaları soyuq otaqda yatdığınız zaman bədən temperaturunu nizamlamaq üçün enerji sərf edərək kalori itirmənizə səbəb olur
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri