Maraqlı məlumatlar

Müəllif: my_angel
Şərhlər: 6
Baxılıb: 2 720
Səs ver:
(səs: 4)
1.Kişilərdə əsas hormon olan testosteronun maksimal səviyyəsi səhər saat 07.00-09.00 radələrində, minimal səviyyəsi isə saat 24.00-03.00 radələrində olur.
 2. İnsan orqanizmi hər gün 1,7 l ağız suyu ifraz edir.
3. Spermanın hər 1 ml-də 40-120 milyon spermatozoid ola bilər.
4. Spermatozoidin ölçüsü - 0,06 mm-dir. Spermatozoidlə müqayisədə yumurta hüceyrəsinin ölçüsü (0,1 mm) xeyli böyuk olur.
5. Ürəyin çəkisi 300 qramdan bir qədər artıq, ölçüsü isə yumruqdan bir az böyük - olur. Qadınlarda ürəyin çəkisi kişilərə nisbətən az olur.
6. 1 gün ərzində 100 000 (!) dəfəyədək yığılan ürək, təxminən 10 ton (!) qanı hərəkət etdirir.
7. İnsanın skeleti təxminən 206 sümükdən ibarətdir.
8. Dalağın uzunluğu normada 13 sm, çəkisi isə - 200 qr olur. Müxtəlif xəstəliklərə görə  böyümüş dalağın çəkisi hətta 2 kq çata bilər. Dalağın əsas vəzifəsi qanı təmizləməkdən ibarətdir.
9. Ətraf mühitdən aldığımız məlumatların 90 %-ni biz göz vasitəsilə alırıq.
10. Dad və iybilmə qabiliyyətləri bir biri ilə çox əlaqəlidir. Məhz bu səbəbdən burnumuz tutulduqda biz tək yeməklərin iyini yox, həmçinin dadını da hiss etmirik.
11. İnsanın appendiksi (kor baqırsağın soxulcanabənzər çıxıntısı) immun sisteminə aiddir.
12. İnsan beyninin orta çəkisi – 1400-1500 qr. Əvvəllər belə hesab edirdilər ki, beyinin çəkisi nə qədər çoxdursa, insan da bir o qədər zəkalı, istedadlı, qabiliyyətlidir. Lakin araşdırmaların nəticəsində məlum oldu ki, bəzi tanınmış alimlərin, yazıçıların və s. talantlı insanların beyinin çəkisi heç da çox olmayıb. Əksinə onların bəzilərinin beyinin çəkisi heç orta normaya da çatmırdı.
13. Deyirlər ki, insanın beyninin hüceyrələri başqa hüceyrələrdən fərqli olaraq bərpa olunmur. Bu səhfdir. İnsan orqanizminin bütün başqa hüceyrələri kimi beyinin hüceyrələri də bərpa olurlar.
14. İnsanın beyini mədədən fərqli olaraq qida "tələb etmir”. Lakin insan beyninin yaxşı işləməsi onun qidalanmasından çox asılıdır. Bu səbəbdən insanın qidası da çeşidli, vitamin və mikroelementlərlə zəngin olmalıdır. Bu xüsusilə yaşlı insanlar üçün çox vacibdir.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 720
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri