Kişi pulu olanda neynir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 2 505
Səs ver:
(səs: 1)
alt

 

23 fevral biz sovet uşaqları üçün bayram idi. Hər ilin bu günündə sinif qızları yığışıb oğlanlara hədiyyələr alır, açıqcaya ürək sözlərini də yazıb hədiyyənin böyrünə qoşurdular. Sonra sovet höküməti dağıldı, binəva kişilərin də bayramı ləgv edildi. 8 mart isə dünya dağıla, ləğv olunan deyil. 

Bir-iki il bundan öncə xanımım mənə 23 fevral hədiyyəsi aldı. Onu uşaq kimi o qədər danladım ki, odu-budu, daha bu günün üstündən sükutla keçir. Amma bu günü hələ də kişilərin bayramı kimi qeyd edənlər var. Onlar ya bu günün mahiyyətindən xəbərsizdirlər, ya da sovet dövrünün nostalgiyasıyla yaşayırlar.

Şəxsən mənə bu, çox anormal görünür. Kişilərin bayramı haçan olur? Cibində pulu olanda! Cibində pulu olan kişi üçün hər gün bayramdır. Çünki kefi istəyəndə bazlığını edə bilir, yaxşıca əylənir, kefi lap ala buluda qalxanda da bütün dostları başına toplayır ki, yığılın başıma, dostlar, gedək qırqovul kababı yeməyə. Yanında da əlbəttə, “ceyran südü”.

Kişinin bayramı budur. O qadındır, il boyu gözləyir ki, 8 mart yetişsin, ərindən qiymətli bir hədiyyə qoparsın. Hələ qadınlar bayramına bir ay qalmış kişinin qılığına girib nazlanırlar:

- De görüm, 8 martda mənə nə alacaqsan?

Kişinin pulu varsa, şəstlə deyəcək ki, “ürəyin nə istəyir, həyatım?!” Qadını bu sözdən sonra ərinə daha bərk qısılacaq...

Pulu yoxdusa, sözü yayındıracaq, özünü eşitməzliyə vuracaq, ya da uzaqbaşı, deyəcək ki, hələ vaxta çox var, baxarıq.

Belə ki, ha tərəfə fırlatsan da yenə xərcə düşən kişilər olacaq. 

Qadınlar bayramına 10 gün qalır. Əliniz cibinizdə olsun, kişilər!

(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 505
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri