Yox demə sənəti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 199
Səs ver:
(səs: 0)
Vaxtınızın qiymətini bilin
Daim vaxtınızın qiymətini bilin. Qarşınızdakı adama yox deyəndə bunun səbəblərini çox detala girərək açıqlamaq məcburiyyətində deyilsiniz. Yox demək sizin haqqınızdır və yox deməyi öyrənməsəniz boyunuzu aşacaq qədər çox məsuliyyət götürmək məcburiyyətində qala bilərsiniz. Qarşınızdakına yox deyərkən bunu nəzakətli və qısa, dəqiq bir şəkildə deyin. Nəticədə siz də sadəcə bir insansınız və hər şeyə çata bilməzsiniz.
 
Qatı olun
Birinə yox deyərkən qərarlı olun, nəzakətli bir şəkildə yardımçı olmağı çox istədiyinizi amma sizdən istədiyini edə bilməyəcəyinizi bildirin.
 
Yox deyərkən bunu şəxsi qəbul etmələrinə səbəb olmayın
Qarşınızdakına yox deyərkən onu sevmədiyiniz üçün yox demişsiniz kimi hiss etdirməməyə diqqət göstərin. Ona niyə yox dediyinizi qısa bir şəkildə açıqlayın və bu qərarınızın arxasında dayanın.
 
Yox demə məşqləri edin
Əgər nəzakətli bir şəkildə yox deməyi öyrənmək istəyirsinizsə, bunu tez-tez məşq etməlisiniz. Əlinizə keçən hər fürsətdə "yox" sözünü istifadə edərək özünüzü bunu deməyə öyrəşdirin.
 
Alternativlər təklif edin
Birinə yox deyərkən ona alternativ təqdim edə bilərsiniz. Ona yardımçı olacaq başqa birini təklif edə bilər, ya da daha sonrakı bir zamanda, uyğun olduqda ona yardımçı olacağınızı bildirə bilərsiniz.
 
Üzr istəməyin!
Üzr istəməniz üçün bir səbəb yoxdur. Birinə kömək etməyi istəyə bilərsiniz amma bunun üçün vaxtınız olmaya bilər. Bunda səhv bir şey yoxdur. Nəzakəti əlinizdən buraxmadığınız müddətcə üzr istəməyə ehtiyac yoxdur. Üzr istəmək sizi səhv kimi göstərər.
 
Unutmayın ki, ən dəyərli sizsiniz. Kimsənin sizə istəmədiyiniz bir şeyi etdirməsinə icazə verməyin!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 199
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri