Elə
qadın aksessuarları var ki, onlar özünəməxsus tərz yaratmaqla yanaşı,
həm də sahibinə uğur gətirir. Hər kəs həyatında onu motivasiya edən, ona
ümid verən, uğur gətirən gözəl əşyalara ehtiyac duyur.
Aparılan
araşdırmalara görə, bir əşyaya daim eyni enerjini yükləsəniz, bir
müddət sonra o, ətrafa eyni enerjini yaymağa başlayacaq. Sizin üçün
böyük mənası və dəyəri olan həmin aksessuara hər baxanda arzu və
diləklərinizi xatırlayacaq, beləcə, cazibə qüvvəsini özünüzə tərəf
çəkəcəksiniz.
Əvvəlcə,
istifadə edəcəyiniz aksessuarın hansı məsələdə şans və uğur gətirməsini
arzuladığınıza qərar verin. Bu, məhəbbət, bərəkət, karyera ilə bağlı
ola bilər. Eyni anda çox diləyiniz varsa, müxtəlif aksessuarları birdən
taxmaq imkanınız da var. Təbii ki, onların hər biri ayrı-ayrılıqda
fərqli məna yükü daşıyır.
Məsələn,
üstündə bir neçə fiqur və işarə olan bilərzik ola bilər. Saat
həvəskarısınızsa, bilərziyi də ona uyğunlaşdırmağa çalışın. Üstü yazılı,
metal və ya ipli bilərziklər də yaxşı seçimdir. Boyunbağı sevirsinizsə,
üstündə arzunuzu təmsil edən kulonu unutmayın. Bu məqsədlə nazik
boyunbağılara üstünlük versəniz, daha məsləhətli olar. İnanclara görə,
dörd yarpaqlı yonca, mələk qanadı, göz muncuğu, ulduz kulonlar sahibini
bütün pisliklərdən qoruyaraq ona bir çox məsələdə uğur gətirir.
Beləliklə, aksessuar və daşların rənglərinə görə mənalarını təqdim edirik:
Qızıl rəngi: Uğur gətirir
Gümüşü: Gümüş vedalarda (qədim hindlilərin dörd başlıca müqəddəs kitabı) ilham və bilik ilahəsi Sarasvatinin nişanəsidir.
Qırmızı rəngli daşlar: Məhəbbəti, cəsarəti təmsil edir, həm də enerji ötürür.
Yaşıl rəngli daşlar: Bərəkət rəmzidir.
Mavi rəngli daşlar: Əmin-amanlığı simvozilə edir.
Unutmayın ki, aksessuarın sizə uğur gətirməsini istəyirsinizsə, onu daim üstünüzdə gəzdirməlisiniz.