Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 110
Səs ver:
(səs: 4)
XƏSTƏLİKLƏR İNSANA NƏYİ DÜŞÜNDÜRÜR?
XƏSTƏLİKLƏRİN ARDINDAKI HİKMƏTLƏR...
İnsan aciz bir varlıq olaraq yaradılıb. Tez xəstələnir, kiçik bir virusun, hətta bəsit gördüyümüz qrip xəstəliyinin təsiriylə günlərlə yataqdan qalxa bilməyəcək qədər zəif düşür. Xəstəlik insana acizliyini və Allaha möhtac olduğunu xatırladır. İnsan mikroskopik bir virusun öz bədəni üzərində əmələ gətirdiyi zəifliyə əngəl ola bilmir , məhz bu zaman acizliyini və Allaha nə qədər möhtac olduğunu çox yaxşı qavramış olur. Əslində xəstəliklərdə bir çox hikmət var. Məsələn:

Xəstə olan bir insan sağlam olmağın Allahın bir lütfü və neməti olduğunu daha yaxşı anlayır; belə desək, sağlamlığın qədrini xəstəlik zamanı bilir.Əgər insan uzun müddət xəstələnmirsə, məhz bundan dolayı bir rahatsızlıq, ağrı, ya da acı hiss etmirsə insan bu vəziyyətə alışır. Ancaq qəfil gələn bir xəstəlik ilə qarşılaşdıqda sağlam olmağın əslində Allahın bir lütfü olduğunun fərqinə varır.

İnsan ciddi bir xəstəliyə tutulduğu zaman dünyanın nə qədər ötəri olduğunu, ölümü və axirəti daha çox düşünür. Bəzi insanlar ölümcül bir xəstəliyə tutulduqlarında, ya da qəza və ya xəstəlik nəticəsində bir üzvlərini itirdiklərində bunu özləri üçün pis hadisə kimi dəyərləndirirlər. Halbuki bəlkə də bu insanın xəstəliyi dərd və bəla olaraq, axirətdə qurtulması və yalnız Allaha yönəlməsi üçün bir vəsilədir.

Xəstəliklə bərabər insanın Allaha olan duası və yaxınlığı artır. Ciddi bir xəstəliyin vücud üzərindəki əlamətləri artdıqca, bir çox insan düşünməkdən qaçdığı ölümü düşünməyə başlayır və bu zaman insan bütün səmimiyyətiylə Allaha dua edərək yenidən sağlam olmağı istəyir .

Xəstəlikdən əvvəl Allaha tam təslim olmayan bir insan bəlkə də xəstəliyi sayəsində bu gözəl xüsusiyyəti qazana bilər; ötəri dünya həyatındakı qısa müddətli sıxıntılarının qarşılığında, sonsuz cənnət həyatının nemətlərinə qovuşmağı umar.

Əgər ALLAH dilərsə, insan heç bir zaman xəstələnməzdi, ağrı hiss etməz və ya acı çəkməzdi. Ancaq əgər insan belə bir çətinliklə qarşılaşırsa da bilməlidir ki, bu çətinliyi yaşamasının həm dünyanın keçiciliyini, həm də Allahın gücünü anlaya bilməsi baxımından çox böyük hikməti var.
O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; (Şüəra Surəsi 78-81)

UNUTMAMAQ lazımdır ki "əgər bir virus səbəbiylə bir insan ağır bir xəstəliyə tutularsa” bu ALLAHın bilgisi daxilindədir.”Əgər bir qəza nəticəsində insan yaralanır və şikəst qalırsa” bu da ALLAHın yaratdığı qədər daxilindədir. Xəstəliyi əmələ gətirən də ALLAHdır, müalicəni edən həkimi yaradan da, ona bildiklərini öyrədən, dərmanı yaradan və bunları şəfaya vəsilə edən də ALLAHDIR. ALLAHa iman edən və Onun yaratdığı qədərə təslim olan insanlar hər çətinlik və xəstəlik anında gözəl əxlaq göstərirlər. Bu həqiqəti qəlbən qavramaq və xüsusilə də belə bir hadisə ilə qarşılaşdıqda ALLAHIN bizdən istədiyi o gözəl əxlaqı göstərə bilmək, yəni səbr edib hər halımıza görə Allaha şükr etmək çox əhəmiyyətlidir.
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 110
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri