Bill Qeytsin 11 qızıl qaydası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 260
Səs ver:
(səs: 2)
«Microsoft» şirkətinin qurucusu, dünyanın ən varlı adamı Bill Geytsin «11 qızıl qayda»sı aşağıdakılardır:
 
1. Həyat ədalətsizdir — buna adət edin.
2. Özünüqiymətləndirmə cəmiyyəti tamamilə narahat etmir. Hər şeydən əvvəl, sizdən nailiyyət gözlənilir. 
3. Siz məktəbi bitirən kimi ildə 60 min dollar qazanmayacaqsınız. Siz pul qazanacağınız vaxta qədər şəxsi sürücüsü olan vitse-prezident olmayacaqsınız.
4. Əgər siz müəllimin sizinlə həddindən artıq sərt rəftar etdiyini fikirləşirsinizsə, bu, hələ işin başlanğıcıdır. Sizin rəhbəriniz olacağı vaxtı gözləyin. 
5. Hamburger qızartmaq — ləyaqətinizi alçaldır? Sizin baba və nənələriniz tamamilə əksini düşünüblər. Onlar üçün hamburger qızartmaq bu həyatdan yapışmaq üçün bir imkan olub.
6. Əgər sizdə heç bir şey alınmayıbsa, o zaman bu, sizin valideynlərinizin günahı deyil. Ona görə də sızıldamaq lazım deyil, öz səhvlərinizi öyrənin. 
7. Valideynlər sizə indi göründüyü kimi darıxdırıcı olmayıblar. Ola bilsin, sizin hər zaman qayğınıza qalmaq onları bu cür edib? Onlar sizi yedizdirir, geyindirir və daim dinləyirlər ki, siz belə gözəlsiniz. Ona görə də öz valideynlərinizin nəslini tənqid etməzdən əvvəl özünüzdən başlayın.
8. Ola bilsin, sizin məktəbdə uğursuz adamı uğursuz adlandırmaq nəzakətsizlik sayılır. Ola bilsin, sizin məktəbdə ümumiyyətlə uğursuz şagirdlər yoxdur — amma həyatda belə deyil. 
9. Həyat semestrlərə bölünmür. Sizin yay tətilləriniz olmayacaq və sizin rəhbəriniz özünüzü tapmaqda sizə kömək etməyəcək. Bunu asudə vaxtınızda özünüz etməlisiniz. 
10. Televizorda həqiqi həyat göstərilmir. Real həyatda bütün günw kafedə oturmaq və dostlarınızla boşboğazlıq etmək alınmayacaq. 
11. "Botanik”lərlə (sinfin pis oxuyan şagirdləri ilə — red.) nəzakətlə davranın. Onlardan biri məktəbi qurtardıqdan sonra sizin rəhbəriniz ola bilər.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 260
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri