Ata dediyin

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 879
Səs ver:
(səs: 1)
Övladı sağalsın deyə, gecəsini gündüzünə qatdı. Çində  qaraciyərinin bir hissəsini övladına bağışlayan atanın fədakarlığı xəbər başlığına çevrilib. Söhbət təkcə övladı üçün əməliyyat masasına uzanmaqdan getmir. Gənc valideyn övladının əməliyyat olunması üçün dəridən qabıqdan çıxıb.
7 aylıq qızın qaraciyərinin funksiyasını yavaş-yavaş itirdiyini üzə çıxaran həkimlər uşağın əməliyyat olunmalı olduğunu, ona qaraciyər nəqlinin vacib olduğunu deyiblər. Uyğun donor tapılmadığından  uşağın valideyni dərhal öz qaraciyərini təklif edib.  
Sonq Honley adlı çinli bir az şişman olduğundan cərrahlar ondan arıqlamağı  tələb edib. Çinli ata övladı sağ qalsın deyə,  o gün bu gündür çiynində ağır yüklə yollarda qaçıb.  Bir neçə həftə ərzində 14 kiloqrama yaxın çəki itirdikdən sonra həkimlər əməliyyatın gerçəkləşməsinə razılıq verib. Son Honleydən alınan qaraciyər parçası onun  7 aylıq qızına köçürülüb. Həm ata, həm də övladının vəziyyətinin yaxşı olduğu bildirilir
Çiynindəki 13 kiloqramlıq yüklə hər gün azı 10 kilometr qaçdığını deyən Sonq övladı üçün hər məşəqqətə dözməyə hazır olduğunu əyani şəkildə sübut edib. İdmanla məşğul olmayan  buna görə artıq çəki qazanan adamın birdən birə çiynindəki yüklə kilometrlərlə məsafə qaçması istənilən halda asan deyil. Övladının həyatını xilas etdiyi üçün çox sevindiyini deyən çinli   onları  12 saat əməliyyat edən cərrahlara təşəkkür etməyi də unutmayıb.
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 879
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri