Sirr kimi saxlamalı olduğunuz 7 şey

Müəllif: Miss_Oxatan
Şərhlər: 7
Baxılıb: 2 866
Səs ver:
(səs: 2)
Şərq mədəniyyətini araşdıran Vyaçeslav Ruzov öz məqaləsində müdrik hindlilərə əsaslanaraq, sirrin nə demək olduğunu və hansı məqamları ətrafımızla paylaşmalı olduğumuz barədə maraqlı tövsiyələr verir.
Bu siyahıda yazılmış tövsiyələri sizinlə paylaşırıq:
Birinci haqqında susmalı olduğunuz şey gələcəyə dair planlarınızdır. Həmin plan həyata keçənə qədər yaxşı olar ki, bu barədə susasınız. Çünki istənilən plan ideal olmamaqla yanaşı, onda bir çox zəif nöqtələr mövcuddur. Gözləmədiyiniz halda həmin nöqtədən vurula və hər şeyi məhv edə bilərsiniz.
İkinci olaraq, etdiyiniz xeyriyyəçilik əməllərini bölüşməyə dəyməz. Xeyriyyəçilik artıq nadirən edilən iş halına gəlib, məhz buna görə də onu göz bəbəyi kimi qorumaq lazımdır. Özünüzü yaxşı əməllərinizə görə tərifləməyin. Belə hərəkət qarşınızdakı insanın qüruruna toxuna bilər. Bu isə heç də xoş hal deyil.
Üçüncü olaraq, özünüzə qoyduğunuz şərt və qadağalardan, zahidlik vərdişlərinizdən danışmağa dəyməz. Yemək, yuxu, seksual münasibətlərinizə qoyduğunuz şərtlər və onları necə tənzimləməyiniz haqqında danışmasanız yaxşıdır.  Çünki istənilən halda, bu tənzimləmələr ancaq emosional vəziyyətinizlə harmoniyada faydalıdırlar.
Dördüncü olaraq susmalı olduğunuz şey öz cəsurluğunuz və qəhrəmanlığınız haqqında söhbətlərdir. Demək olar ki, biz hər gün müxtəlif sınaqlardan keçirik. Onlar həm kənardan görünən, həm də görünməyən – içimizdə yaşadığımız sınaqlar olur. Kənardan görünməsi mümkün olan şeylər üçün onsuz da mükafatlandırılırıq.Görünməyənləri isə nə qədər bölüşməyimizdən asılı olmayaraq, izahı mümkün olmayacaq.
Beşinci olaraq, öz yüksək mədəniyyətiniz və biliyiniz haqqında susmalısınız. Çünki bunlar yalnız sizə aiddir və heç kəsi bu barədə məlumatlandırmağa ehtiyac yoxdur. Bu mövzunu ancaq o zaman açın ki, bu haqda danışmaq, həqiqətən də sizin deyil, qarşınızda olan insanın xeyrinədir.
Altıncı olaraq, ailə həyatınız və bununla bağlı konfliktləri başqalarıyla bölüşməmək gəlir. Unutmayın ki, ailə problemləri ilə bağlı nə qədər az danışsanız, ailəniz bir o qədər möhkəm və stabil olar. Münaqişə zamanı ünsiyyət prosesində yığılmış neqativ enerjilər atılır. Nə qədər öz probleminizdən danışsanız, o qədər onlardan kənarlaşmaq çətinləşir.
Yeddinci olaraq, digərləriylə paylaşmamalı olduğunuz şey, insanlardan eşitdiyiniz xoş olmayan sözlər və söhbətlərdir. Bu küçədə palçığa batmış ayaqqabı kimidir. Evə gəldikdə, eşitdiyi bütün pis söhbətləri danışan insan, çirklənmiş ayaqqabısını evə gələndə çıxartmayan insandan fərqlənmir.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 866
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri