Əskik bir şey qaldımı? [Müzakirə]

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 897
Səs ver:
(səs: 1)
 Əskik bir şeylər var həyatımda, həyatlarımızda. Eşq, sevgi, dostluq, pul, hüzur və saymaq istəsək onlarla yüzlərlə əskiklik təqdim edərik həyatlarımıza. Məsələn mənim həyatımda belə böyük bir eşq olsa pis olmazdı deyirik. Əslində mən baxış bucağımızı bir az dəyişdirmək istəyirəm. Həyatımızdakı əskikliklərə deyil də, var olanlara diqqət çəkmək istəyirəm bir azda…
Bu yazını oxuduğuna görə internetin olmalı, kompüterində var elə isə. Hətta özünə aid bir otağın, bir evində var. Səhər naharı hazırlayan bir anan, gecələri üstünü örtən atan, kompüter davası etdiyin qardaşların. Bu yazını oxuyarkən içdiyin bir çay ya da qəhvə, yediyin keks və ya konfet... Əslində sən və mən nə qədər çox şeyə sahibik. Tək etməmiz lazım olan şey baxış bucağımızı dəyişdirməkmiş halbuki. 

Yaxşı hələ niyə davamlı əskik bir şeylərdən şikayət edirik ki?
Bəs siz hər zaman nədən şikayət edirsiniz?
Və sizcə belə şikayətlər etməyimizə səbəb nədi?
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 897
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri