Qaytarın uşaqlığımı geri..!

Müəllif: savior angel
Şərhlər: 9
Baxılıb: 9 241
Səs ver:
(səs: 2)
Uşağkən tez böyümək istədim..Amma anlamırdım ki,mən böyüdükcə anam-atamda qocalacaqdı..Elə bil zaman elə bu istəyimi eşitmək isdəyirdi dilimnən məni bir göz qırpımında o qayğısız günlərimdən yel kimi alaraq geri dönüşü olmayan bir həyat yoluna gətirdi.Nə bilirdim geri dönüşü olmayacaqmış,nə bilirdim o sebebsiz gülüşlərim birdə isdədiyim zaman geri dönməyəcəkdi.! Nə olar qaytarın uşaqlığımı geri..Nə biləydim ki , tək dərdim oyun dərdi,tək yaramsa dizimdəki yaralar olmuyacaq bundan sonra..Darıxmışam uşaqlığımın o yay günləri üçün yenə bir yerə yığılmaq gecə yarıya kimi oynamaqdan doymamaq istəyirəm..Amma indi bilirəmki mən heç vaxt birdə o günlərə qayıda bilmiyəcəm...Yenə gözlərimi gizləmək isdəyirəm hər yalan danışanda, yenə körpə olub səbəbsiz ağlamaq isdəyirəm.Uşaq ağlımla gözlərimdə heqiqetin yazıldığını bilərək qaçırmaq isdəyirəm.Heç kəsin bu qədər üsdümə gəlməyəcəyi o uşaqlıq illərimi geri istəyirəm qaytarın o illəri mənə nə olar!!İsdədim uşaq olum əvvəlki tək uşaq sevgisiylə sevim hər kəsi səbəbsiz onsuzda böyüdükcə sevib sevildikcə ,sevib itirdikcə yeterincə çirkaba batir insan..Daha seçə bilmirəm haqqı- nahaqqı,daha seçə bilmirəm dostu düşmanı ..Dost dediklərimiz sert zərbəni vurmaq üçün yer,düşmən dediklərimiz dost cildinə girməy üçün fürsət axtarır...Halbuki uşaqlığımda bu qədər sınağlardan keçəçəyimi heç düşünməmişdim..Nə olar qaytarın uşaqlığımı geri..!İsdəyirəm yenə də dərslərim üsdə aglıyım,isdəyirəm yenə də tək dərdim gündəlikdəki yaxşı pis qiymətlərim olsun..İsdəyirəm elə o uşaq halımla qalım nə olar qaytarın uşaqlığımı geri..!Kaş böyüməz olardım,kaş kor olaydımda ətrafımdakı bu qədər haqqıizlıqları görməz olardım.Kaş mən yenidən uşaq olaydımda hər başım çətinə düşəndə anam-atam hər dərdimə çarə olacaq deyə sevinərdim.Lakin böyüdüm elə şeylər olduki,nə anama deyə bildim nədə ki bir başqasına..Bilmirdimki hər çətinliyin öhdəsindən artıq özüm gəlməli olacam.Yadımdadı yıxıldığım zaman dizim qanadığı zaman deyirdilər böyüyəndə yadınnan cıxacaq..Hər  çətinliyə düşəndə deyirdilər eşşi böyüyəndə hər şey düzələcək..Böyüdüm amma sebebsiz qayğı ,elədiyim yaxşılıqların qarşılığın görmədim..!Nə olar qaytarın uşaqlığımı geri.! Heyif əlimdə deyil keçmişə dönməy keçmişdə kimlərim qaldı,keçmişdə uşaqlığım qaldı.Kaş indi qayıdardım o illərə kimləri sağ görməy isdərdim bir bilsəz,nələri dəyişmək isdərdim ey həyat bir bilsən.Nə olar qaytarın uşaqlığımı geri!Amma alınmaz reallaşmaz bu arzum heç vaxt mənim ürəyimdə nələr qaldı lakin çoox gecdi hər şeyi anlamaq zamanımı aldı..bəlkədə kimsə isdəmir o illərini ama mənim gözəl illərim keçmişdə qaldı.Əminəmki nə qədər xoşbəxt olsamda lap 100 yaşında olsam da yenə də deyəcəm qaytarın uşaqlığımı geri..nə olar qaytarın bircə anlıq o illərimi geri!!! 
 
Bir gəncin dilindən....!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 9 241
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri